Menu

ANAR MƏMMƏDOVUN "TRUMP TOWER"İ YANDI! - FOTOLAR + VİDEO

28.04.2018, 23:22
ANAR MƏMMƏDOVUN "TRUMP TOWER"İ YANDI! - FOTOLAR + VİDEO

Bakının şəhəri, Nəsimi rayonu, Yusif Səfərov küçəsində yerləşən çoxmərtəbəli binada (hazırda istismar olunmur) yenidən başlayan yanğın söndürülüb.

“Report” xəbər verir ki, ərazidə FHN-in yanğınsöndürən maşınları və briqadaları işləyir.

***

Bakının Nəsimi rayonu, Yusif Səfərov küçəsindəki çoxmərtəbəli binada (hazırda istismar olunmur) söndürülən yanğın yenidən alovlanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri yanğının söndürülməsi işlərini həyata keçirir.

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus olan binada yanğının çox çətinliklə söndürülməsindən bir neçə saat sonra - axşam saatlarında yenidən yanğın başlaması çox müəmmalıdır və təxribat ehtimalını gücləndirir. Məsələ ondadır ki, bina istifadəyə verilməyib - içində heç bir fəaliyyətin olmadığı binada yanğın onsuz da şübhə doğururdu. Üstəlik, söndürülən və nəzarət edilən yanğın gecə saatlarında yenidən alovlanır!...

***

Bakıda hündürmərtəbəli binada baş verən yanğın lokallaşdırılıb.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın binanın çölünü əhatə edib. Binanın içərisinə yanğın keçməyib.

Hazırda yanğınsöndürənlər tərəfindən yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

Bakıda, sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus olan və tikintisi yarımçıq qalmış «Trump Tower»də güclü yanğın başlayıb.

"AzPolitika.info"nun hadisə yerində olan əməkdaşı bu barədə məlumat verir.

Bu dəqiqələrdə hadisə yerinə yanğınsöndürənlər gəliblər. Artıq yanğına müdaxilə başlayıb.

APA xəbər verir ki, yanğın baş verən ərazidə təhlükəsizlik tədbirlərinin görülməsi məqsədi ilə Heydər Əliyev prospektindən Yusif Səfərov küçəsi istiqamətində əsas və köməkçi yol bağlanıb.

Yanğın binanın 13, 14, 15, 16, 17, 18, 19 və 20-ci mərtəbələrində müşahidə olunur.

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov hadisə yerinə gəlib.

Şərhlər

matin 2018-04-28 23:22:47

G.M-ə! Nikaraquanı yaxşı xatırlatdın. oranın prezidenti orteqa əvvəllər solçu idi. sovetlər onu müdafiə edirdilər. hakimiyyətə gələndən sonra oldu sağçı abş egidası altında. Lar elə sovet kommunislərinin indi demokrat olması kimi vəvizə xərtinə.digər bir özəllikdə var. orda ...

Adıi 2018-04-28 23:22:47

Emil bəyin məntiqi ilə davam etsək Tramp təbrik etsəydi o binada atəşfəşanlıq olmalıydı.Amma olsun ki Emilin sözündə bir həqiqət payı var.Çünki biz HEÇ KİMİ HƏTTA AMERİKANI BELƏ HƏRLƏMİRİK və 10 dəqiqə əvvəl dost oldugumuzla bizə tərifləmirsə gecikmədən və düşünmədən düşmən ola bilərik.Amerika axı kimdir bizim üçün? Biz onu 1 anda H.Əsədov yaxud Səlim Müslümovun gününə sala bilərik.....Biz beləyik.

emil 2018-04-28 23:22:47

Tramp tebrik mektubu göndärmädi iktidarda äväzini cixdi)))

Obyektiv 2018-04-28 23:22:47

Ziya da, oglu da imtiyazlar elde edenden ozlerini ele aparirdilar sanki, bash nazir idiler.. Hele o vaxt neqliyyat naziri olanda hegemonlugu goz qabaginda idi.. Anar "Grand holdindg"de bir kasiba bele el tutmurdu, gunleri xarici olkelerde kefde kechirdi.. Rehmetlik Zerife Eliyeva (ALLAH REHMET ELESIN!) o boyda imtiyazli, vazifeli ailelerin ichinde idi ancaq lifte minende bele, razi olmazdi ki, qarshisindaki sade adamlar ondan sonra kechsinler. Bunlar ise, biraz varlanan kimi vehshileshirler!..

Mirsahib 2018-04-28 23:22:47

Atalar sözü( Haram halalı da aparar) və yaxud (Nə tökərsən aşuva o da gələr qasıqıva).Bir də ki elin qarqışı sel ilə gələr sel ilə gedər.Hərə öz payını götürsün.

Adil 2018-04-28 23:22:47

İndu Kamaləddin özünü elə göstərir ki guya Anarın obyektinin yanmasından nətər şoka düşübsə İMENNI ÖZÜ KÖMƏYƏ KƏLİB söndürməyə.Gərək əlinə bir ŞLANQ DA götürəydi ki EFFEKLİ alınsın.....Onu yandirıblar ki söndürsünlər? Mən bilən Kamal yanginı söndürməyə yox e Anarın bu obyektinin necə çırthaçırtla yanmasına yaxından baxıb ləzzət almaga Ziyaya poza verməyə gəlib.Nagayırsın girəvədir də düşüb əlinə....

M.M 2018-04-28 23:22:47

Tökülmüşdü elə Anarın. Hardan oldu Anarın? İkincisi o binanın üstündə Trampa aid bir dənə də yazı yoxdur. Var idi! 1ildən çoxdur ki yoxdur.

Müfəttiş 2018-04-28 23:22:47

TRUMP TOVER-in mülkiyyətçisinin dəyişdirilməsi əməliyyatı tam başa çatdırildı...

ayzek 2018-04-28 23:22:47

trampın məktubunda təbrik sözü olmadığı üçün atasını yandırdılar.

G.M 2018-04-28 23:22:47

Anarın qayınatasının dərdinə ``TRUMP TOVER`` də dözmədi.O Boyda kişini qızıyla dost olasan atanı,qaynatanı atalar ``bayıra``.Hansı ki,Tramp Prezident seçiləndə yaltaq məmurlar sürüsü sağdan,soldan Təbriklər yağdırırdı.Elə bilirdilər ki,ABŞ da Nikaraquadır.Kanstitutsiya salfet kimi ancaq seçkilərdə ötəri yada düşür.Prezident hər şeyi bildiyi kimi həll edir.

pıs-pısa 2018-04-28 23:22:47

Yanır, yoxsa yanmağa kömək edirlər..

Bashirov Qarib 2018-04-28 23:22:47

Yanan ,bu gun çəkilib,sabah çökən asvaltin,əvvəlcə kulli miqdarda pul silib körpunu təmir edib, sabah onu sökub yenidən tikib tonlarla silinən pullardır.Yanan, xalqın göylərə bulənd olan ah-naləsidir.Xalqın qara gunləridir,umudlarıdır yanan.Yoxsa, Anarın,Ziyanın,Eltonun ata-babasının sovetdən qalma milyardları var idi ki, yana.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol