Bu gün Rusiya Dövlət Dumasının deputatları ilə görüşən Ermənistan müxalifətinin lideri Nikol Paşinyan xarici siyasətdə prioritetini açıqlayıb.
APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, Dövlət Dumasının MDB məsələləri üzrə komitəsinin sədri müavini Viktor Vodolatskiy N. Paşinyanın xarici siyasətdə prioritetinin Rusiya ilə münasibətlər olacağını bəyan etdiyini bildirib.
V. Vodolatskiy deyib ki, N. Paşinyan Avrasiya İqtisadi İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Ermənistan sərhədlərinin rusiyalı hərbçilər tərəfindən qorunmasının tərəfdarı olduğunu qeyd edib.
Qeyd edək ki, aprelin 13-də başlayan etiraz aksiyaları nəticəsində baş nazir Serj Sərkisyan istefa verib. Aprelin 25-də Daşnaksütun Partiyası Respublika Partiyası ilə formalaşdırılan hakim koalisiyadan çıxdığını elan edib. Parlament mayın 1-də yeni baş naziri seçməlidir. Dünən hakim Respublika Partiyası baş nazir postuna namizəd irəli sürməyəcəyini bəyan edib. Artıq bir neçə partiya N. Paşinyanın baş nazir postuna namizədliyini dəstəkləməyə hazır olduğunu bəyan edib.


Şərhlər
HAKIMIYYETIN DINC YOL ILE VERILMESI NUMUNESI
Əgər,hakim partiya səsvermədə iştirak etməsə və ya xalqın namizədinin(bu söz birləşməsini də siyasətə bu ermənilər gətirdi) əlehinə səs verərlərsə nə olacaq?Onlara xalq təzyiqmi göstərəcək? Konstitusiya Məhkəmələri duruma əl qoyacaqmı? Belə əndrəbani baş nazirin legitimliyi nə olacaq? Yeni parlament seçkisi qorxusundan hakim partiya könullu səs verərlərsə və hal-hazırkı 58% çoxlugu qoruyub da muxalifətdə necə qala bilərlər? Başqa sözlə xalq eyfariyadan ayılıb,dərin siyasi böhrana duçar olmazlarmı?
Əgər sərhədləri rus hərbiçiləri qoruyacaqsa,onda bunun nəyi demokratik hərəkat oldu?Ölkənin idarə etmə strukturu Rusiyanın dediyi kimi olacaqsa ermənistan elə əvvəlki kimi rusiyanın koloniyası olaraq qalacaq."Paşinyan-kokuşyan" oyunu yalançı demokratiya göstərisi kimi ətraf ölkələri aldatmaq kimi bir şeydir.Bu yol ermənilərə uğur gətirməyəcək..
İstəyir serj istər niko İlanin ağinada lənət qarasinada
İLANİN AXİNA DA QARASİNA DA LƏNƏT OLSUN. BİNDAN DA BAŞQA XƏBƏR YAZAN YOXDUR EY. PAŞİNYAN HA PAŞİNYAN. NƏ OLUB ALA.