Menu

Üç Avropa dövləti İranla yeni sazişin bağlanmasını istisna etmir - İsrailin diqtəsi?..

30.04.2018, 14:06
Üç Avropa dövləti İranla yeni sazişin bağlanmasını istisna etmir - İsrailin diqtəsi?..

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Böyük Britaniya, Almaniya və Fransanın liderləri İranın nüvə proqramı üzrə yeni sazişin bağlanmasının vacibliyini istisna etmirlər. Bildirilir ki, yeni saziş hazırkı Birgə hərtərəfli fəaliyyət planı (BHFP) adlanan sənəddə öz əksini tapmamış elementləri nəzərdə tutmalıdır.

Bu barədə Britaniyanın Baş naziri Tereza Meyin dəftərxanasının yaydığı kommünikedə söhbət açılır. Sənəd Tereza Meyin Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Makronla şənbə və bazar günləri apardığı telefon danışığından sonra hazırlanıb.

«BHFP-nın saxlanmasının vacibliyini etiraf edərək, onlar Amerika Birləşmiş Ştatları (ABŞ) ilə birgə İranın törətdiyi problemlərin həlli, o cümlədən, yeni sazişin əhatə etdiyi məsələlər istiqamətində sıx fəaliyyətin davam etdirilməsinə sadiq olduqlarını ifadə ediblər» - kommünikedə qeyd olunur.

Belə məsələlər sırasında İranın raket proqramı və «sabitliyi pozan bölgəsel fəaliyyəti» yer alır.

Məlumdur ki, İranın raket proqramı (orta və uzaq mənzilli daşıyıcı raketlərin yaradılması üzrə proqram) «canfəşanlıq» edən ABŞ, Britaniya, Fransa və Almaniyanı yox, ilk növbədə, İsraili narahat edir. Deməli İranla yeni nüvə sazişinin bağlanması təklifi də İsrailin diqtəsi sayıla bilər. Nədən ki, hazırda qüvvədə olan BHFP adlanan saziş bağlanan gündən başlayaraq, İsrailin tənqid hədəfi olub. ABŞ adlı dövlət də məhz İsrailin «təzyiqi» altında Tramp dönəmində bu istiqamətdə «cığallamağa» başlayıb.

Xeyli maraqlıdır ki, hər cür raketlərə və nüvə silahına malik olan İsrail, indi İranın nüvə və raket proqramını «yolverilməz» elan edir ki, əslində bu, dünyada analoqu olmayan bir «şıltaqlıq»dır...

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol