«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Avstraliyanın ən yaşlı alimi, 104 yaşlı Devid Hudoll evtanaziya proseduru keçmək üçün İsveçrəyə yola düşmək qərarı verib. Bu barədə «Australian» qəzeti xəbər verib.
Avstraliyanın özündə - Viktoriya ştatında evtanaziya 2017-ci ilin sonunda leqallaşdırılsa da, onun tətbiqi yalnız sağalmaz xəstələrə şamil oluna bilər. Aprel ayında 104 yaşı tamam olan Hudoll heç bir sağalmaz xəstəlikdən əziyyət çəkmir, amma bundan sonra həyatını pisləşdirən bir sıra nasazlıqlarla yaşamaq istəmir.
Alimin evtanaziya barədə xahişinə tezləşdirilmiş qaydada baxılıb və Bazeldə (İsveçrə) belə xidmət göstərən agentlik tərəfindən bəyənilib. Alimin bu səfəri üçün fəallar 15 min dollar vəsait toplayıblar. Hudoll İsveçrəyə mayın əvvəlində uçmağı planlayır.
Hudoll geobotanika və ekoloji statistika üzrə mütəxəssisdir. O, Pertedəki Edit Kouen adına universitetdə professor vəzifəsini tutur.


Şərhlər