"Bakı inkişaf etmiş şəhər olaraq "Formula 1” kimi yarışların keçirilməsi üçün seçilən uyğun məkandır. Biz də həm qədim tariximizi, həm mədəniyyətimizi dünyaya göstəririk, dünya da bundan razıdır. İnsanların inkişaf səviyyəsi, bilik, elm və vətənpərvərlik səviyyəsi elə həddə olmalıdır ki, onlar bu yarışların keçirilməsini xoş qarşılasın. Hər hansı bir ölkədə "Formula 1” yarışlarının keçirilməsinə razılıq verilsə, o ölkənin əhalisi bayram edər”.
"AzPolitika.info" xəbər verir ki, bu sözləri interpress.az-a açıqlamasında millət vəkili Ağacan Abiyev deyib. O bildirib ki, bu yarışlara qarşı olanlar düşmənlərdir: "Bəzi adamların "Formula 1” yarışlarının Bakıda keçirilməsinin əleyhinə olması onların niyyətlərindən xəbər verir. Onlar vətənpərvər deyil, onlar düşməndir, qardaş. Kimsə fiziki, yaxud əqli cəhətdən zəif ola bilər. Amma bu yarışların Bakıda keçirilməsinə etiraz edənlər həm ağıllıdır, həm inkişaf etmişdir, eyni zamanda, Azərbaycan xalqını sevməyənlərdir. Onlar elə adamlardır ki, gərək hər şeyi bişirib hazır şəkildə gətirib qoyasan onların qarşısına. Belələri hazıra nazir olanlardır. Belə adamlardan heç nə gözləmək olmaz. Onların fikirləri bizə heç lazım da deyil. "Formula 1” yarışlarının Bakıda keçirilməsinin əleyhinə olanlar, etiraz edənlər Azərbaycanın dünyada tanıdılmasını istəməyənlərdir. Mənim o adamlara yazığım gəlir. Belə deyək də, səviyyəsizlik.
Məgər, Azərbaycanın düşmənlərinin hamısı "tupoy”dur? Elə şey olar? Onda biz onların nəyi ilə mübarizə aparırıq? Dəlilərlə niyə mübarizə aparmalıyıq?
Onların da içində ağıllıları, oxumuşları var. Mən deputatam və "Formula 1” yarışlarının Bakıda keçirilməsinə etiraz edənlər arasında Suraxanıdan olan varsa, deyin, onunla görüşüm onu başa salım. Əminəm ki, onu başa sala bilərəm, çünki mən 50 ildir, müəllim fəaliyyəti ilə məşğulam”.
Millət vəkili dünyanın bir çox ölkələrinin idman yarışları barədə təşkilatçılıq qaydalarını Azərbaycandan öyrəndiyini bildirib. Deputatın sözlərinə görə, dünya artıq idman sahəsində Azərbaycan standartlarından nümunələr götürüb yararlanır: "Bir dəfə xarici ölkələrin olimpiya idman komitəsinin prezidenti məndən xahiş etdi ki, bu yarışın keçirilməsində onlara kömək edin. Mən də dedim ki, baş üstə. İki-üç nəfər göndərərik sizə, yarışların təşkilatçılığında kömək edərik. Yəni, dünya bizi idman ölkəsi kimi tanıyır. Dünya bu məsələləri bizdən öyrənir. Dünya başa düşür ki, Azərbaycan elə beynəlxalq yarışlara ev sahibliyi edib ki, ondan hər şeyi öyrənmək olar. Beynəlxalq turnirlər, Qitə çempionatları, Dünya çempionatları və s. bunlar hələ ayrı-ayrı federasiyaların apardığı işlərdir. Bütün bunlardan əlavə, biz artıq kontinental yarışlar keçiririk. Avropa Oyunlarının ilk dəfə Bakıda keçirilməsi bilirsiniz nə deməkdir? Artıq Avropa Olimpiya Komitəsinin və Dünya Olimpiya Komitəsinin prezidenti etiraf etdilər ki, Azərbaycan Avropanın olimpiya mərkəzlərinin bir hissəsinə çevrilib. Bunu qazanmaq lazımdır təbii ki. Bu, hədiyyə deyil. Bundan sonra artıq Azərbaycan standartları dünya standartlarını üstələyib. Artıq Beynəlxalq standartlar yaddan çıxıb. Onlar Azərbaycan standartlarından istifadə edirlər. Dünya artıq Azərbaycan standartlarından özlərinə nümunə götürür”.
Millət vəkili "Formula 1” yarışlarının növbəti 5 ildə də Bakıda keçirilməsinə münasibət bildirib. O bildirib ki, Azərbaycanda hələ bundan da yaxşı yarışlar keçiriləcək: "Biz əgər "Formula 1” yarışları ilə müqavilə bağlamışıqsa, müqavilənin vaxtı bitənə qədər yarışlara ev sahibliyi edəcəyik. Elə ölkələr var ki, öz çempionatlarını keçirə bilmədikləri halda, Azərbaycanın Amerika, Fransa, İtaliya kimi ölkələrin keçirdiyi yarışdan keçirməsini görüb partdayırlar. Bu yarış yüksək səviyyədə keçirilir və keçiriləcək də. Mən bir vətəndaş kimi hesab edirəm ki, dövlət səviyyəsində "Formula 1” yarışlarının növbəti illərdə keçirilməsinə görə müqavilə bağlanıbsa, keçirilməlidir. Mən idmançıyam ona görə də, bu səviyyədə yarışların Azərbaycanda keçirilməsini ikiəllə alqışlayıram. Hələ bundan da yaxşı yarışlar keçirəcəyik. Ölkələr var ki, ağlayırlar ki, bu cür yarışların keçirilməsinə ev sahibliyi etsinlər. Amma onlar ev sahibliyi edə bilmir. Çünki, onların nə təşkilatçılığı, nə də bacarıqları var”.


Şərhlər
Cebrayilin xeste millet vekili getdi, indi de bu bawlayin sarsaqlamaga. Formulaya narazi olan adami duwmen adlandirmaq ne derecede dogrudur? Vetendawdi da ola biler ya narahatciliqdanmi, ya hansisa sebebden etiraz edir bu yariwa. Bu adami duwmanmi etmelyik biz? Burda aciq aydin gorunur ki umumiyyetle dovletin bu cur vezifelerini temsil eden butun memurlari bu yawa kimi saxlamaq duzgun deyildir. Bele adamlarda yawla elaqedar etrafdaki insanlara aqressiya yaranir. Bu adamin beyninda cox guman curume gedir. Doze baxe: dunya olkeleri bizim standartlari oyrenirler. Ozu de bunun kimi memurlar ne qeder agizlarini cox acirlar bir o qeder de ........!
Elə isə çıxın bütün xalqın qarşısına və başa salın. Çünki bütün xalq bu yarışların keçirilməsinə qarşıdır. Amma unutmayın ki, xalq özü sizə bəzi şeyləri başa sala bilər.
Sən özün bu yaşında belə başa düşmüsənsə, kül oldu sən başa salanın başına.
COX TƏƏCÜBLÜDÜR...İNSANLARA YUXARIDAN AŞAĞI BAXMAĞI KİM ÖYRƏTDİ SƏNƏ.ÖYRƏTMƏK İSTƏDİYİNİ YAZ ÖYRƏNƏK.YAZDIQLARIN QABDA NƏ OLDUĞUNU ORTAYA QOYUR.
Deputat öz seçilərinin sözünü başqalarından eşitmək istəyir.
Ay bədbəxt, görüşüb nəyi başa salacaqsan. Bu Formula Azərbaycanın qanına susamış 2+2-dir ki, o da havaya sovurulur.
Bizim başda oturanların çoxusu alkaş kişilərə bənzəyirlər. Evində ailə-uşağı acından ölsə də fərq etməz, evin əşyaların satıb dost-tanışına qonaqlıq vermək kişilik mücəssəməsidir! "Postayanni" da lotu-lotu danışırlar. Onu helə başa salaram, belə başa salaram!
Sənin neçə yaşın var vooobşeeee (81). Niyə gedib nəticələrini oynatmırsan evdə? bu sovet parazitləri nə vaxt təmizlənəcək başımızdan!
Tanınmaqmış, kimə lazım! sənə zavod,fabrik,istehsal, əlavə dəyər, iş yeri, inkişaf yaratmaq lazmıdır, şöhrət yox!!!
Bizi tanıyan yaxşı tanıyıb. Dünyada və Avropada nə qədər müftə yemək istəyənlər varsa daraşıb canımıza. Zəif yerimizi yaxşı tapıblar, xoşluqla buraxan da deyillər....
Sizinlə bir şeydə razıyam : "İnsanların inkişaf səviyyəsi, bilik, elm və vətənpərvərlik səviyyəsi elə həddə olmalıdır ki, onlar bu yarışların keçirilməsini xoş qarşılasın".Yəni pensiyası 110 manat çivarında minlərlə pensiyaçılar ordusu, minimum əmək haqqı Ermənistan və Gürcüstandan aşağı olan 100 minlərlə vətəndaşlar bu yarışları yəqin ki xoş qarşılaya bilməz.Əbiyev yəqin "otxod" Astana rəhmət oxutdurmaq üçün bu cür "səviyyəsiz" danışır, axı onun dostu olub.Dostunu göstər deyim sən kimsən.Suraxanıdan olanlar öz duputatınızın yazısına münasibət bildirin.
DEPUTAT BEYİN QARABAGİN İSGAIİNDAN XEBERİ YOXDU OLSAYDİBU GUN BELE SERSEM SOZIER DANİSMAZDİYOXSA AZERİ TURKU OLASAN ÖLKENİN PULLARİNİN HAVAYA SORULMASINA haqq qazandirasan
TOXUN ACDAN XEBERI OLMAZ.
Bu Formula1 bizə heç bir xeyiri yoxdur və dünyada tanınmağın da heç bir xeyiri yoxdur .Tanınmaq lazımdır ki investisiya cəlb olunsun .Pulunu verən investor belə deputatları görüb investisiya qoymaz. Olsa olsa ərəb turist gələr o da ki nəyə gəlir .......
Qarabagı isтədikləri qədər, Bakının mərkəzini də, isтirahəт günləri isтisna olmaqla, daim əcnəbilərin уarışmasına və əуləncələrinə konüllü-müfтə xidməтlə icarəуə verək. Qoу, Boуük Qardaş Kreml də, kiçik işgalçı qardaşımızı müfтə silandırıb iki Qarabagı da müfтə isтismar eтsin. Уarımac da qаlarıq, qonaqlara əуləncə və qul da olarıq, тəki ozgə aləm bizi тoleranт lider kimi тanısın!
DEPUTAT DÜŞMƏN QARABAĞA 3-CÜ YÜKSƏK SƏVİYYƏLİ YOLU ÇƏKDİ. BİZDƏ İSƏ RALLİ YOLU ÇƏKİLİR VƏ XALQIN BÖYÜK PULLARI HAVAYA SORULUR. TORPAQLAR İSƏ DÜŞMƏN TAPDAĞI ALTINDA. YARAŞIRMI BİZƏ BU?
CAVAB VER. AĞSAQQAL KİŞİSƏN DÜZGÜN CAVAB VER.
Ağabəy Sultanov, Allah sənə rəhmət etsin. Bu qədər xəstələri niyə müalicə etmədin?
Həm də etika komissiyasının sədridir.Adamın qanı donur,xəcalətdən.
Əvvəlcə özünüz daşa düşün ki,bu Formula-1 Azərbaycana nə qədər lazımdır?Sonra 10 gün yolların bağlanması,hərəkətin məhdudklaşması,insanlara narahatlıq yaradılması nəticəsində ölkəyə nə qədər maddi və mənəvi ziyan dəyir, nə qədər vəsait xərvclənir.Bu idmanla ölkədə nə qədər insan maraqlanr?Gənclərə avtoşluq təbliğidir.
Bu formuladan Azərbaycana dəyən zərər onun mənfəətini ödəyirmi? Bir də ölkənin imicini daxili və xarici siyasətlə,sənayeni inkişaf etdirməklkə,təhsil və shiyynin səviyyəsini yüksəltmək mümkünd
Siz bir dəfə azərbaycan vətəndaşlarını dolanacaq üçün xaricə getdikləri üçün otxod adlandıran Şahverdiyevi müdafiə etdiniz,indi də he bir əsası olmayan,lazımsız,millətin belə ağır güzəranı vəziyyətindəartıq xərclər hesabına, insanlara narahatlıq gətirən Formula-1-in keçirilməsini tərifləyirsiniz.Bu absurd deyilmi?Yəqın yaşınızın və məşğul olduğunuz idman növünün təsirindəndi.
------------
O .... bunu verin birdə oxusun:Pensiyaşlara 55 manat verilən bir ölkədə 100 milyonlarla xərc çəkilərək “Formula 1″ yarışının keçirilməsi nə qədər absurd olsa da, nazir oğlunun “Bizə Azərbaycanda Formula 1 yarışı keçirmək çox xoşdur” deməsi təsadüfü deyil. Azərbaycanda “Formula 1″ yarışının keçirilməsinin dövlətə və millətə heç bir XEYRİ OLMASA da bəzilərinin MİLYONLAR qazanmasına səbəb olur.
P.S. Yəqin bu da: bu mənim, bu mollanın- kompaniyasının içərisindədi deyə özünə yaman əl qatıb!!
bu öləndə, Astana deyilənlər toya getməıli olacaq. Bunun ...............hər defə ......deyəndə qəbrində çevrilləcək.....adam elə bilir ki, bu dümyanı tutub duracaq.....ay sənin........