Menu

ABŞ Dövlət Departamenti: Rusiya öz qoşunlarını Gürcüstandan çıxarmalıdır

30.04.2018, 20:55
ABŞ Dövlət Departamenti: Rusiya öz qoşunlarını Gürcüstandan çıxarmalıdır

Rusiya öz hərbi kontingentini Gürcüstan ərazisindən çıxarmalıdır.

“Anadolu” xəbər verir ki, bunu Tbilisidə keçirilən NATO-Gürcüstan xalq diplomatiyası forumunda ABŞ dövlət katibinin Avropa məsələləri üzrə köməkçisi Uess Mitçel bildirib.

Mitçel ABŞ rəhbərliyinin Gürcüstanın ərazi bütövlüyünü, suverenliyini və NATO-ya inteqrasiyasını dəstəklədiyini diqqətə çatdırıb.

“Donald Tramp 2008-ci il Buxarest sammitinin bəyannaməsini dəstəkləyir və NATO-ya üzv-dövlətləri bu istiqamətdə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə çağırır”, - deyə Mitçel bildirib.

“Gürcüstanın NATO-ya üzvlüyü Rusiya və ya hər hansı başqa ölkədən asılı deyil. Yalnız Gürcüstan öz gələcəyi ilə bağlı hər hansı qərar qəbul edə bilər. Heç bir dövlətin Gürcüstanın NATO-ya inteqrasiyasına mane olmağa ixtiyarı yoxdur”, - Mitçel vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol