Menu

MKİ BİN LADENİ «SATMIŞ» HƏKİMİ QAÇIRA BİLMƏDİ! - Pakistan türməsindən

01.05.2018, 00:11
MKİ BİN LADENİ «SATMIŞ» HƏKİMİ QAÇIRA BİLMƏDİ!  - Pakistan türməsindən

QAÇIŞA PAKİSTAN KƏŞFİYYATI MANE OLUB

150620115308_bin_laden_newspaper_getty_624x351_getty_nocredit«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Üsamə bin Ladeni «satmış» gizli agenti olan həkimi Pakistan türməsindən qaçırmağa cəhd göstərib.

Cəhdin baş tutmasına Pakistan kəşfiyyatı mane olub. Belə ki, kəşfiyyat sözügedən həkim Şakil Əfridinin qaçırılması planı barədə məlumat əldə edən kimi, dərhal onu başqa türməyə köçürüblər. Xüsusi xidmətlərə bəlli olub ki, MKİ ötən ilin sonunda həkimin qaçırılması planlanmış Peşəvərdəki penitensiar müəssisənin fəaliyyəti ilə maraqlanır.

Məsələ burasındadır ki, Əfridinin ABŞ-a təhvil verilməsi Donald Trampın İslam Respublikasına başlıca tələblərindən biridir. Pakistan hakimiyyəti isə onu ABŞ-a vermək fikrində deyil və hesab edir ki, onun Birləşmiş Ştatlara gəlişi ABŞ-ın kəşfiyyat fəaliyyətini yalnız gücləndirər.

Mənbənin fikrincə, belə vəziyyət ABŞ hakimiyyətini bərk qıcıqlandırır və iki ölkə arasındakı münasibətləri pozur. ABŞ xüsusi xidmətləri özünun faş olmuş agentlərini (informatorlarını) qorumağa çalışırlar ki, digər gizli agentlər (xüsusilə də xaricdəki agentlər) arasında inamı qoruyub saxlaya bilsinlər.

Əfridi Pakistanda dövlətə xəyanət ittihamı ilə 33 il azadlıqdan məhrum edilib. Əhali arasında saxta vaksinləşdirmə kampaniyası aparmaqla o, bin Ladenin yerini müəyyən edib və bu informasiyanı ABŞ xüsusi xidmətlərinə ötürüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol