Menu

Milli Məclisin iki komitəsinə yeni üzvlər seçilib

01.05.2018, 12:22
Milli Məclisin iki komitəsinə yeni üzvlər seçilib

Azərbaycan Milli Məclisinin (MM) Gənclər və idman komitəsinə və Mədəniyyət komitəsinə yeni üzvlər seçilib.

“Report”un xəbərinə görə, MM-in bu gün keçirilən plenar iclasında deputat Azər Badamov və Eldəniz Səlimovun parlamentin Gənclər və idman komitəsinin, Hüseynbala Mirələmovun isə Mədəniyyət komitəsinin üzvü seçilməsi məsələsi müzakirəyə çıxarılıb.

Səsvermə ilə onlar həmin komitələrə üzv seçiliblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol