Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Mədəniyyət komitəsinin sədri Rəfael Hüseynov "Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında" Konstitusiya qanunu layihəsinin müzakirəsi zamanı “Gerb” sözündə düzəliş edilməsini təklif edib.
“Report”un xəbərinə görə, o, “Gerb” sözünün “Herb” kimi yazılması barədə təklif irəli sürüb.
Onun sözlərinə görə, bu tip bir çox sözlər rus dilindən alınmadır, həmin sözlərin əksəriyyətində “g” hərfindən deyil, “h” hərfindən istifadə olunur: “Ona görə “Gerb” sözü “Herb” kimi yazılmalıdır. Bu, çox vacib məsələdir”.


Şərhlər
guya ağıl dəryasıdır bu. əvvəla gerb rus sözüdür.bizdə elə bir söz yoxdur.ya da əvəxi yoxdur deməli ya təzə bir söz ixtira eləsinlər ya da ki gerb elə gerbdir.onda bir qanun da qəbul eləyib nbu ağlınıznan-"qarşok"sözü də "harşok"kimi yazılsın.
Ona Orduxan qənim olsun. Özündən amerika açır. Elə bilir ki, AYB Anardır yenə qarşısındakı, xox gəlib istədiyinə nail olacaq.