Menu

“Azərikimya”da Muxtar Babayevin yerinə yeni sədr təyin olundu

01.05.2018, 16:12
“Azərikimya”da Muxtar Babayevin yerinə yeni sədr təyin olundu

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin tabeliyindəki "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının iclası keçirilib.

Qurumdan Modern.az-a verilən məlumata görə, iclasda Azərikimya"nın Müşahidə Şurasına yeni sədr təyin olunub. Bu vəzifəyə “Azərikimya" İB-nin icraçı direktorunun müavini İmran Arzumanzadə gətirilib.

İ. Arzumanzadə bu vəzifədə deputat Muxtar Babayevi əvəzləyib. M.Babayev daha öncə ölkə başçısının səsərcamı ilə ekologiya və təbii sərvətlər naziri təyin olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol