Menu

İsrail atəşkəs xəbərini təkzib etdi

17.07.2014, 17:36
İsrail atəşkəs xəbərini təkzib etdi

İsrail hökumətinin nümayəndəsi HƏMAS-la sülh barədə məlumatı təkzib edib

İsrail hökumətinin nümayəndəsi HƏMAS hərəkatı ilə tam sülh əldə edilməsi barədə məlumatın həqiqətə uyğun olmadığını bildirib.

SalamNews-un RİA "Novosti"yə istinadla verdiyi xəbərə görə, məmurun adı açıqlanmır.

Bundan əvvəl Britaniyanın BBC teleradioyayım korporasiyası tərəflərin sabah yerli vaxtla saat 06:00-da qüvvəyə minməli olan "tam sülh barədə" razılığa gəlmələri ilə bağlı naməlum mənbənin məlumatını yayıb.

Bildirək ki, İsrail ordusu və başda HƏMAS olmaqla, Fələstin bu gün saat 10:00-dan 15:00-dək 300 kvadratkilometr ərazidə 1.7 milyon insanın yaşadığı anklavın mülki sakinləri üçün yardım çatdırılması məqsədilə "pəncərə" xahiş edən BMT-nin xüsusi koordinatoru Robert Serrinin təşəbbüsünü dəstəkləyiblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol