Sumqayıt şəhərində məcburi köçkünlərin yaşadığı yataqxanada uçqun olub.
"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin 22-ci məhəlləsində 2 saylı yataqxanada baş verib.
Yataqxanada 80-dən çox ailənin üzvü yaşayır. Uçqun 25 ailənin istifadə etdiyi mətbəxtdə baş verib. Hadisə zamanı mətbəxtdə bir neçə nəfər olub. Xoşbəxtlikdən uçqun zamanı xəsarət alan olmayıb.
Hadisə ilə bağlı aidiyyatı qurumlar məlumatlandırılıb.




Şərhlər
F-1 yarışlarına etiraz edən vətəndaşları başa salmaq,hətta,başa düşmək istəməyən vətəndaşların başına qapaz vurmaq iddiasında olan olan deputat Ağacan Abıyevə 25 qaçqı ailəsinin istifadə etdiyi,tavanı uçub,başlarına tökülən insanlarla və eyni talehi yaşayan on minlərlə vətəndaşlarımzla görüşüb,100milyonlarla vəsaitin onların həyat tərzinin yaxşılaşdırılmasına yox, beynəlxalq idman yarışlarına xərclənməsinin VƏTƏNPƏRVƏRLİK OLDUĞUNU başa salsin!Başa düşməyənlərin də başına QAPAZ VURSUN.YAZIQLAR OLSUN!!!