Menu

Qərb İŞİDİ necə maliyyələşdirir?

17.07.2014, 18:24
Qərb İŞİDİ necə maliyyələşdirir?

İngiltərənin "İndependent" qəzeti Qərb ölkələrindən Suriyaya göndərilən humanitar yardımların əslində İraq və Şam İslam Dövlətinə kömək üçün göndərildiyini iddia edib.

"Qərb İŞİDİ necə maliyyələşdirir?" adlı məqalədə qeyd olunur ki, Qərb ölkləri Türkiyə sərhədindəki İŞİD silahlılarının nəzarəti altında olan bölgələrə humanitar yardımlar göndərir.

Humanitar yardımlara qida, tibbi ləvazimatlar, benzin daxildir.

İŞİD isə xalqı əlində saxlamaq üçün qida və benzini onlarla bölüşür.

Qəzetin yazdığına görə, Qərb ölkələri bu yolla İŞİD-i maliyyələşdirərək bölgəni nəzarətdə saxlamağa çalışır. /ANS

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol