Menu

Ermənistanda vəkillər də tətil edərək aksiyaya qoşulublar

02.05.2018, 15:48
Ermənistanda vəkillər də tətil edərək aksiyaya qoşulublar

Ermənistanda vəkillər də tətil edərək Ali Məhkəmənin binası qarşısında etiraz aksiyası keçirirlər.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, vəkillər Ali Məhkəmənin sədri Arman Mkrtumyanın istefasını tələb edirlər.

Onlar “Arman rədd ol!” şüarını səsləndiriblər.

Vəkillərin müxalifətin etiraz aksiyasını da dəstəklədiyi qeyd olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol