Menu

ABŞ-ın dövlət katibi Pompeo vəzifəsinin icrasına başlayıb

02.05.2018, 21:17
ABŞ-ın dövlət katibi Pompeo vəzifəsinin icrasına başlayıb

ABŞ-ın dövlət katibi Mayk Pompeo bu gün Ağ Evdə keçirilən andiçmə mərasimindən sonra rəsmən vəzifəsinin icrasına başlayıb.APA-nın məlumatına görə, aprelin 27-də ABŞ Senatı M.Pompeonu dövlət katibi postuna təsdiqləyib.

Beləliklə, Mayk Pompeo ABŞ-ın 70-ci dövlət katibi olub. O, bu vəzifədə Reks Tillersonu əvəzləyib.

Qeyd edək ki, 55 yaşlı Mayk Pompeo bundan әvvәl Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri olub.

S

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol