Menu

Ukrayna üzərində sərnişin təyyarəsi vuruldu - DƏHŞƏT - (YENİLƏNİB+Video)

17.07.2014, 20:23
Ukrayna üzərində sərnişin təyyarəsi vuruldu - DƏHŞƏT - (YENİLƏNİB+Video)

Malaziya Hava Yollarına məxsus "Boinq" sərnişin təyyarəsi Ukraynanın hava məkanında qəzaya uğrayıb.

Azpolitika.info Rusiya mənbələrinə istinadla bildirir ki, Ukraynanın rəsmi orqanları təyyarənin Donetsk vilayətinin Şaxtyorsk şəhəri yaxınlığında düşdüyünü təsdiqləyiblər. RİA-Novosti-nin məlumatına görə, Amsterdamdan Kuala-Lumpura uçuş həyata keçirən təyyarədə 285 adam olub.

Bəzi Ukrayna KİV-ləri isə təyyarənin vurulduğu haqda məlumat yayıblar.

* * *

Ukraynanın daxili işlər nazirliyindən təyyarənin terrorçular tərəfindən vurulduğu bildirilib: "“Malaysia Airlines” hava şirkətinə məxsus “Boinq-777”-nin “Buk” zenit-raket kompleksi vasitəsi ilə  vurulub və biz bunu sübut etməyə hazırıq."

Xatırladaq ki, təyyarənin düşdüyü ərazi hazırda "Donetsk Xalq Respublikası" tərəfindən idarə edilir.

Şərqi Ukrayna separatçılarının lideri İqor Qirkin (Strelkov) sosial şəbəkədə "Boinq"in vurulmasına görə məsuliyyəti öz üzərinə götürüb. Lakin o, vurulan təyyarəni AN-26 kimi təqdim edərək yazıb: "Toreza rayonunda bu dəqiqələrdə AN-26 təyyarəsi vuruldu. Xəbərdarlıq etmişdik axı, bizim səmada uçmaq olmaz."

Boeing-777 təyyarəsinin qəzaya uğradığı yerdə 100 cəsəd tapılıb.

Reuters agentliyi xəbər verir ki, şahidlərin sözlərinə görə, cəsədlərin hissələri bir neçə kilometrə səpələnib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol