Türkiyə Təhsil Nazirliyinin Təhsil Şöbəsinin müdiri Mətin Özər İstanbulda müalicə alan keçmiş təhsil naziri Firudin Cəlilovla görüşüb.Kult.az xəbər verir ki, M.Özər görüş zamanı çəkilmiş fotonu Feysbuk səhifəsində paylaşıb və ürək sözlərini yazıb: “Bu gün İstanbul Bostançı Bayındır Xəstəxanasında Azərbaycanımızın Baş nazirinin müavini və Təhsil naziri olmuş müəllimimiz, filologiya elmləri doktoru, professor Firudin Cəlilova baş çəkdim. Müalicəsi davam edir. Müəllimim qısa bir müddətlik zənglərə cavab verə bilməyəcəyini, sizə salam və hörmətlərini çatdırmağımı xahiş etdi”.
Qeyd edək ki, Firudin Cəlilov 1992-ci ildə Azərbaycan Respublikası Baş nazirinin müavini, 1993-cü ildə isə təhsili naziri vəzifələrində çalışıb.


Şərhlər
Ulu Tanridan ona shefa dileyirik Yuz yashasin! Onun Turk tarixini dinledikje gurur duyurug
Ulu TANRIDAN ŞƏFA diləyirik Firudin müəllimə...Yastığı yüngül olsun. Amin!!!
Allah şəfa versin İnşəallah.