Menu

Təyyarə qəzasında ölənlərin siyahısı açıqlandı

18.07.2014, 08:26
Təyyarə qəzasında ölənlərin siyahısı açıqlandı

“Malaysia Airlines” aviaşirkəti Ukraynada təyyarə qəzasında ölən sərnişinlərin vətəndaşlıqları barədə ilkin açıqlama yayıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, “Boeing 777” təyyarəsinin göyərtəsində 154 Niderland Krallığının vətəndaşı, 27 Avstraliya, 23 Malayziya, 11 İndoneziya vətəndaşı, habelə 6 Britaniyalı, 4 Almaniya, 4 Belçika vətəndaşı, 3 filippinli və 1 Kanada vətəndaşı olub.

Dəqiqləşdirilmiş məlumata görə, qəza zamanı təyyarədə 3-ü uşaq olmaqla 283 sərnişin və 15 ekipaj üzvü olub. Bundan əvvəl bir sıra KİV-i təyyarənin göyərtəsində 280 sərnişinin olduğunu, onlardan 80 nəfərin uşaq olduğu barədə məlumat yaymışdılar.

Digər sərnişinlər barədə barədə hələ ki, məlumat yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol