Azərbaycanın İnsan Hüquqları Müvəkkilinin (Ombudsman) maaşı artırılır.
“Report”un xəbərinə görə, bununla bağlı "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" qanunda dəyişiklik edilir.
Qanunun 16-cı (Müvəkkilin sosial, maliyyə və digər təminatları) maddəsinin 1-ci bəndində edilən dəyişikliyə əsasən, Müvəkkil 2230 manat məbləğində aylıq əmək haqqı alacaq. İndiyə qədər bu rəqəm 2025 manat olub.
Müvəkkil məzuniyyətə çıxdığı vaxt onun müalicə olunması və istirahət etməsi üçün iki aylıq əmək haqqı - 4 min 50 manat məbləğində ona pul təminatı verilirdisə, indi bu rəqəm 4 min 460 manat olacaq. Müvəkkil vəzifəsində işləmiş şəxs pensiya yaşına çatdıqda, hazırkı dövrdə Müvəkkil üçün müəyyən edilmiş vəzifə maaşının 80 faizi məbləğində, yəni 1 784 manat pensiya alacaq.
Qeyd edək ki, dəyişiklik layihəsi Milli Məclisin mayın 4-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. Dəyişikliyin mayın 1-dən tətbiq edilməsi nəzərtdə tutulur.
Xatırladaq ki, hazırda Azərbaycanın İnsan Hüquqları Müvəkkili (Ombudsman) postunu Elmira Süleymanova tutur.


Şərhlər
Güya müvəkkil pensiya yaşına çatmayıb? Axı o pensiyaçıdır.Deməli ayda pensiya ilə bərabər 3809 manat və məzuniyyətə getdikdə isə bununla bərabər əlavə 4 650 manat da veriləcək.
Beləliklə bizim hzırki işi və fəaliyyəti hiss olunmayan, görükməyən. pensiyaçı müvəkkil aylıq 3809 manat maaş və məzuniyyətə gedəndə isə maaşla birlikdə 8459 manat alacaqdır.
Ölkədə bu görünməyən və hiss olunmayan işə daha gənc.bacarıqlı insan tapılmır ki, artıq xərc çəkilməsin ?
Kas bele nenem olaydi
Canını Vətən üçün fəda etməyi peşə seçmiş bir zabitdən çoxmu iş görür bizim bu deputat və amburdsmanimiz görəsən????! Maaşlar arasında fərq təxminən illik götürsək 5 dəfədən çoxdur. Yazıqlar olsun. Haramları olsun. lüks həyat sürüb, səngərdəki zabitdən bu qədər çox maaş olan bax elə amburdsmanimiz da deputatların da. Birdə axı bu nə müalicə puludur??? Bizdə səhiyyə pulsuz deyilmi??? A