Menu

Əsrin sonunda dünya əhalisinin sayı 11 milyarda çatacaq

18.07.2014, 08:58
Əsrin sonunda dünya əhalisinin sayı 11 milyarda çatacaq

Dünya əhalisinin sayı 2100-cü ildə 11 milyarda çatacaq.

Bu barədə Fransanın Demoqrafiya Araşdırmalar İnstitutu məlumat yayıb.

Məlumatda bildirilir ki, bu gün Yer kürəsində 7,141 milyard əhali yaşayır və 2100-cü ildə əhalinin sayı 10-11 milyardı ötəcəkdir.

2050 -ci ildə Afrika qitəsi 2,435 milyard əhalisi ilə planetimizin əhalisinin 15 faizini təşkil edəcək. Həmin dövrdə Asiyada əhalinin sayı 5,284 milyarda çatacaqdır.

Bu gün 63,9 milyon insanın yaşadığı Fransada əhalinin sayı 2050-ci ildə 72 milyon olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol