Menu

Bakıya gələn İlker Başbuğun jurnalistlərlə görüşünə kimlər mane oldu? - AÇIQLAMA

04.05.2018, 16:20
Bakıya gələn İlker Başbuğun jurnalistlərlə görüşünə kimlər mane oldu? - AÇIQLAMA

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi İlker Başbuğ mayın 2-də Bakıya gəlib.

Qısa müddətli səfər çərçivəsində İlkər Başbuğ Bakıdakı Atatürk heykəlini ziyarət edib, Xəzər Universitetində mühazirə deyib.

Daha sonra o, Dağüstü parka gedərək, Şəhidlər Xiyabanı və Türk şəhidliyinə baş çəkib.

Maraqlıdır ki, İlker Başbuğun əvvəlcədən vəd olunan mətbuat konfransı keçirilmədi. Halbuki, əvvəlcədən 30-dan çox jurnalist bu konfransda iştirak üçün qeydiyyata alınmışdı.

“İlker Başbuğun mətbuata danışmamasının səbəbi özü deyil. O, müsahibə verəcəkdi, 31 jurnalistlə görüşəcəkdi. Amma Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı buna icazə vermədi. İlker bəy sabah Bakıdan Türkiyəyə qayıdacaq”,-deyə generalı Bakı səfərində müşayiət edən jurnalist Şeyda Nəsibli bildirib.

Onun sözlərindən belə məlum olub ki, İlker Başbuğun Bakı səfərini Xəzər Universiteti təşkil etdiyindən, proqramı da bu qurumun rəhbərliyi müəyyənləşdirib.

Hamlet İsaxanlı isə Modern.az-a açıqlamasında səslənən iddialara cavab verib.

“İlker Başbuğla görüşə bir neçə televiziyadan müxbir heyəti gəlib videoreportajlar etdi. Sadəcə olaraq, İlker bəy, jurnalistlərə geniş açıqlama vermək istəmədi. Ümumiyyətlə, İlker bəy samballı, ağır təbiətli adamdır. Yüksək vəzifəli şəxsdir. Bu cür şəxslərin mətbuata açıqlama verməklə bağlı öz fikirləri olur. Ona görə də müsahibə vermək istəmədiyini bildirdi.

İlker Başbuğ Xəzər Universitetinin dəvəti ilə Azərbaycana gəlib. Görkəmli ictimai-siyasi, elm, sənət adamlarını universitetimizə dəvət etmək ənənəyə çevrilib. İlker bəy də müsahibə vermək həvəsində olmadığını bildirdi. Bizə dedi ki “məni universitet maraqlandırır”. Dünən universitetin müəllim-tələbə heyəti ilə görüşüb. Tələbələr qarşısında mühazirə oxuyub”.

Şərhlər

t.ədalət 2018-05-04 16:20:36

İlkər bəyin Azərbaycana gəlişi bir ali məktəbin adı ilə bağlı olsa da,bu,çox ciddi məsələdir.Ola bilər ki,gəlişi xəzər universitetinin dəvəti ilə reallaşan İlkər bəy Azərbaycan üçün çox önəmli olan hərbi məsələdə bizə hansısa məsləhət üçün gəlib.Jurnalistlərlə görüşə ehtiyac duyulmaması da,yəqin ondan irəli gəlib."Katibə statusunda olan",cəbhə xəttini keçməyən əməkdar jurnalistlər vətənpərvərliklə əlaqədar sərkərdə İlkər bəyə hansı sualı verə biləcəkdilər ki?

Bashirov Qarib 2018-05-04 16:20:36

`Bu başqa cur də ola bilməzdi. Jurnalistlərin belə bir sualına o necə cavab verərdi-nədən siz hər yeri ziyarət etdiniz,amma lazım olan abidəni ziyarət etmədiniz? O da ya duzunu deməli idi, ya da susmalı idi.Bu zaman göruşu təşkil edən rektor muəllim pis vəziyyətə duşməzdimi?

Səməd 2018-05-04 16:20:36

İlker bəy Böyük Türk millətinin ordu tarixinə adını yazan ən dəyərli insan, general və şəxsiyyətdir. Mən düşünmürəm ki, kimsə Onun istəyinin əksinə getməyə cəsarət edər, yəni media ilə təmas qurmasına mane olar. Bu şəxsiyyət "O" generallardan deyil.

Hörmətli İlkər paşa ilə fəxr etməyə dəyər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol