Menu

Ukrayna səması qapandı

18.07.2014, 10:00
Ukrayna səması qapandı

ABŞ-ın hakimiyyət dairələri ölkənin aviaşirkətlərinə Ukraynanın şərq regionlarının səmasında uçuşları yasaqlayıblar.

Milli.Az CNN-ə istinadən bildirir ki, Birləşmiş Ştatların Federal Aviasiya İdarəsindən verilən məlumata görə, Krım və Qara dəniz sahillərinin səmasında da uçuşlar qadağan edilib.

Çinin hakimiyyət dairələri də ölkə aviaşirkətlərinin təyyarələrinə Ukraynanın şərqində uçuşları yasaqlayıblar.

Avropa Hava Naviqasiyası Təşkilatı Ukraynanın səmasını mülki aviasiyanın uçuşları üçün arzuolunmaz sayıb.

"Delta", "Transaero", "Aeroflot", "British Airways", "Lufthansa", "Alitalia", "Virgin Atlantic", "Air France", "KLM", "Emirates" və "Turkish Airlines" aviaşirkətləri Ukrayna üzərindən uçuşları dayandırdıqlarını bildiriblər.

Bir çox aviaşirkətlər Ukrayna şəhərlərinə aviareyslərin təxirə salındığını və Ukrayna üzərindən keçən reys marşrutlarının dəyişdirilməsi ilə bağlı açıqlamalar veriblər.

Xatırladaq ki, Malayziyanın "Malaysia Airlines" aviaşirkətinin "Boeing-777" sərnişin təyyarəsi dünən Ukraynanın şərqində raketlə vurulub.

Təyyarədə 285 sərnişin və 15 heyət üzvü vardı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol