Menu

Türkiyə və Yunanıstan gəmiləri toqquşub

04.05.2018, 18:37
Türkiyə və Yunanıstan gəmiləri toqquşub

Türkiyənin Nəqliyyat, Dənizçilik və İnformasiya Texnologiyaları Nazirliyi Egey dənizində Türkiyənin yük gəmisi ilə Yunanıstanın hərbi gəmisinin toqquşması faktını təsdiq edib.

Trend-in məlumatına görə, qəza səhər saatlarında Lesbos adasının akvatoriyasında qeydə alınıb.

Hadisə nəticəsində gəmilər ciddi zərbə alsalar da, heç biri batmayıb. Xəsarət alanların olmadığı bildirilir.

Hazırda toqquşmanın təfərrüatları araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol