Menu

«İranın proqramı barədə İsrailin məlumatları keçmişlərə aid ola bilər» - Lavrov

04.05.2018, 18:56
«İranın proqramı barədə İsrailin məlumatları keçmişlərə aid ola bilər» - Lavrov

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verliyi xəbərə görə, İordaniyanın xarici işlər naziri ilə apardığı danışıqların yekunları barədə söhbət açarkən, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, İranın nüvə proqramı barədə İsrailin əldə etdiyi məlumatlar keçmişlərə aid ola bilər, hazırda isə hər şey MAQATE-nin nəzarəti altındadır.

Bazar ertəsi İsrailin Baş naziri Binyamin Netenyahu bəyan edib ki, İranın nüvə proqramının məxfi hərbi tərkib hissəsi olan «Amad layihəsi» kod adlı planın mövcudluğunu təsdiqləyən 100 min kağız və rəqəmsal sənədlər İsrailin əlinə keçib.

Netenyahu israr edir ki, İran özünün beynəlxalq öhdəliklərini artıq onunla pozub ki, proqram barədə məlumatları gizlədib və gələcəkdə istifadə etmək məqsədilə gizli anbarlarda saxlayıb.

«Bu fəaliyyət planının (BHFP) hazırlanması prosesində iştirak etmiş mütəxəssislərdən eşitdiyim şərhlər ondan xəbər verirlər ki, sözügedən sənədlər keçmiş fəaliyyətlərə aid ola bilər və böyük ehtimalla, artıq MAQATE-nin təftişləri zamanı nəzərə alınıb...» - Lavrov bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol