«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) «Thracian Eagle 2018» hərbi təlimlərində iştirak etmək üçün Bolqarıstana 12 ədəd F-15 qırıcı təyyarəsi və 260 nəfər hərbçi göndərib.
Xəbəri ABŞ HHQ-nin komandanlığı yayıb.
«ABŞ hərbi-hava qüvvələrinin (HHQ) Oreqon və Massaçusetsdəki Milli qvardiya birləşmələrinin tərkibindən on iki F-15 təyyarəsi ABŞ-Bolqarıstan birgə hərbi təlimlərində iştirak etmək üçün Bolqarıstanın Qraf-İqnatiyevo bölgəsinə gəlib» - deyə, ABŞ HHQ-nin pres-relizində qeyd olunub.
Eyni zamanda ABŞ aviasiyasına qulluq etmək üçün Almaniyanın Şpanqdalem aviabazasından 52-ci aviasiya dəstəsinin 40 nəfər hərbi qulluqçusu prosesə cəlb olunub.


Şərhlər
Bir qərinə daşnaq işgalına verilmiş Azərbaуcana isə "SТRAТEJİ BALANSLI" siуasəтi BBriтaniуa və ABŞın nəinki onlarla, heç bir-iki müasir тexnikasını belə bagışlaтmaуıb?