Menu

Ermənistandakı rus əsgərləri Türkiyə sərhədindən çəkilir

18.07.2014, 10:15
Ermənistandakı rus əsgərləri Türkiyə sərhədindən çəkilir

Rusiya Ermənistan-Türkiyə sərhədindən qoşunları geri çəkir.

Axar.az xəbər verir ki, bu informasiyanı Ermənistan mətbuatı hakimiyyətdəki etibarlı mənbələrinə istinadən yayıb. Mənbə qoşunların geri çəkilməsinə əsas səbəbin Rusiya və Türkiyə arasında imzalanmış gizli razılıq olduğunu bildirib:

“Əgər əvvəllər sərhəddə dayanan əsgərlər arasında tam yarı-yarıya qüvvələr balansı qorunurdusa, indi sərhədçilərin 80%-ni ermənilər təşkil edir. Bu isə rus-erməni sazişinin daha 49 il müddətinə uzadılmasından sonra baş verən məqamdır. Görünür, Rusiya ilə Türkiyə arasında nə isə gizli razılıq olunub və İrəvana hansısa şərti qəbul etdirəcəklər”.

Qeyd edək ki, Ermənistanda məhz Türkiyə sərhədinə yaxın ərazidə Rusiyaya aid olan 102-ci hərbi baza yerləşir. Ölkənin qərb və cənub sərhədləri Rusiya sərhədçiləri tərəfindən Sovet dövründən bu yana qorunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol