Qəzza zolağının şimalında İsrail ordusunun piyada qoşunu ilə HƏMAS-ın "əl-Qəssam batalyonları" hərbi cinahı arasında qarşıdurmalar başlayıb.
SalamNews-un "əl-Cəzirə" telekanalına istinadla verdiyi xəbərə görə, İsrail ordusunun bir əsgəri bu gün səhər cinahın snayperçilərinin gülləsinə tuş gəlib.
Bildirək ki, İsrail ordusu bu xəbəri təsdiqləyib.
İsrailin gecə saatlarından başlayaraq Qəzzaya endirdiyi aviazərbələr nəticəsində ölən fələstinlilərin sayı 21-i ötüb.
Ərəb Dövlətləri Liqası BMT Təhlükəsizlik Şurasını mövzu ilə bağlı fövqəladə iclas keçirməyə çağırıb.


Şərhlər