Menu

Rusiyada naməlum şəxs uşaq bağçasına hücum edib

07.05.2018, 13:26
Rusiyada naməlum şəxs uşaq bağçasına hücum edib

Rusiyanın Tatarıstan Respublikasının Almetyevsk şəhərində naməlum şəxs uşaq bağçasına bıçaqla hücum edib. "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Almetyevsk bələdiyyə başçısı Ayrat Xayrullin məlumat verib.

Onun sözlərinə görə, naməlum şəxs gecə 65 saylı uşaq bağçasına hücum edib, 60 yaşlı qadın gözətçini yaralayıb və ardından yanğın törədib. A.Xayrulinin deyib ki, bıçaq yarası alan qadın hazırda xəstəxanadadır. İstintaq orqanları hadisəni araşdırır, cinayətkarın axtarışı həyata keçirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol