Menu

Ermənistan Dağlıq Qarabağla əlaqəsini kəsir - Şok iddia

18.07.2014, 11:42
Ermənistan Dağlıq Qarabağla əlaqəsini kəsir - Şok iddia

"Ermənistan Avrasiya İqtisadi Birliyinə üzv olacaq" - Ermənistanın baş naziri Ovik Abramyan yerli mətbuata açıqlamasında belə deyib.

Abramyan qeyd edib ki, Ermənistanın quruma üzvlüyü məsələsi oktyabr ayında həllini tapacaq. Jurnalistlərin "Ermənistan quruma üzv olduqdan sonra Dağlıq Qarabağla gömrük məntəqəsi olacaq" sualına isə Ovik Abramyan cavab verməyib. Artıq erməni nazir üçüncü dəfədir ki, bu suala cavab verməkdən qaçır. Erməni mətbuatı iddia edir ki, baş nazir və digər erməni rəsmilərin məsələyə bu cür münasibəti AİB-ə üzv olduqdan sonra Ermənistanla Dağlıq Qarabağ arasında əlaqələrin kəsiləcəyi deməkdir. /"Olaylar" İA

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol