Menu

«Fransa daha Əsədin qeyd-şərtsiz getməsini tələb etməyəcək» - Səfir

07.05.2018, 13:44
«Fransa daha Əsədin qeyd-şərtsiz getməsini tələb etməyəcək» - Səfir

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Paris bundan sonra Suriya Ərəb Respublikasındakı (SƏR) münaqişənin tənzimlənməsi məsələsində Bəşər Əsədin hakimiyyətdən qeyd-şərtsiz getməsini tələb etməyəcək.

Bu barədə Frasanın Rusiyadakı səfiri Silvi Bermann «Kommersat» qəzetinə verdiyi müsahibədə bəyan edib. Müsahtbə bazar günü qəzetin saytında dərc olunub.

«Biz, Suriya xalqıının əvəzindən çıxış etməyəcəyik, amma daha Bəşər Əsədin qeyd-şərtsiz getməsi barədə söhbət yoxdur» - deyə xanım səfir bildirib.

Səfir qeyd edib ki, Fransa həm də terrorçulardan və silahlı müxalifətdən təmizlənmiş ərazilərin sadəcə, Dəməşqin nəzarəti altına verilməsinin əleyhinədir. Onun fikrincə, Suriyanın gələcəyi siyasi qüvvələrin dialoqunun nəticələri əsasında müəyyən olunmalıdır.

«Soçi Konqresində formalaşdırılmış və Birləşmiş Millətlər Təşkilatının (BMT) xüsusi nümayəndəsi tərəfindən dəstəklənmiş ideya konstitusiya komitəsinin formalaşdırılmasını nəzərdə tutur. Komitə, yeni konstitusiyanın işlənib hazırlanması ilə məşğul olacaq. Amma mənə elə gəlir ki, Suriya rejimi hələlik bununla məşğul olmur» - deyə, səfir qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol