Menu

İqbal Ağazadənin müavini partiyasından istefa verdi

10.10.2013, 14:38
İqbal Ağazadənin müavini partiyasından istefa verdi

Ümid Partiyasının sədr müavini, jurnalist Aynur İmranova bu gün partiyasından istefa verib. AzPolşitika.infonun xəbərinə görə, bu barədə onun özü Facebook-da yazıb:

"Açıqlamaq istəyirəm ki, bu andan etibarən Ümid Partiyasının sıralarından istefa barədə qərar qəbul eləmişəm. Mən başda İqbal Ağazadə olmaqla, bütün "Ümid"çilərə bundan sonrakı siyasi fəaliyyətlərində uğurlar arzulayıram".

Qeyd edək ki, A.İmranova Ümid sıralarında olsa da, hakimiyyətə qarşı radikal mövqeyilə seçilirdi. Ehtimal olunur ki, A.İmranovanın istefası partiyanın sədri, prezidentliyə namizəd İqbal Ağazadənin seçki saxtakarlığı ilə barışması, İlham Əliyevə uğurlar arzuladığını deməsi ilə bağlıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol