Menu

"Avropa demokratiyasından ədalət tələb edirəm" - Ziyafət Əsgərov

08.05.2018, 11:10
"Avropa demokratiyasından ədalət tələb edirəm" - Ziyafət Əsgərov

“Ermənistan Azərbaycana qarşı ərazi iddiasını irəli sürür. Dağlıq Qarabağ işğal olunub, ora münaqişəli ərazi deyil. Avropadan olan fiziki və hüquqi şəxslər Dağlıq Qarabağda fəaliyyətlə məşğul olmamalıdırlar”.

“Report”un xəbərinə görə, bu sözləri Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasının ikinci sessiyasında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi, səfir Kamil Xasıyev deyib.

Azərbaycan Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə bildirib ki, Dağlıq Qarabağ problemi müzakirə edilsə də, nəticəsi olmur: "Beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələr icra olunmur. Əgər bu icra olunmayacaqdısa, niyə qəbul edirdiniz? Ermənistan belə böyük dövlətdir, ona təzyiq edilmir? Çox maraqlıdır, bu cür yanaşmalar müsəlman dövlətlərinədir, amma Gürcüstan və digər ölkələrin ərazi bütövlüyü ilə bağlı bu cür yanaşma olmur. Bu, artıq ikili standartdır. Avropa demokratiyasından ədalət tələb edirəm. Demokratiyadan danışırlar, amma Dağlıq Qarabağ məsələsinə gəldikdə isə susurlar. Onlar məsələni həll etmək istəmirlər. Açıq deyin bilək ki, niyə həll etmirsiniz? Cavab verin. Bu problem 30 il də davam etməlidirmi? Nə qədər gözləməliyik? 50 il? Məsləhət vermək çox asandır, amma reallığı yaşamaq lazımdır”.

Şərhlər

Millet 2018-05-08 11:10:51

Onda birinci siyasi tusdaqları azad edin prezdent seckisini legv edin qoyun xalq istediyni secsin sonra avropa ile döyüşün ay ziyafet

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol