Menu

Rauf Talışinskinin ölümünün ilkin səbəbi açıqlanıb

08.05.2018, 14:25
Rauf Talışinskinin ölümünün ilkin səbəbi açıqlanıb

“Exo” qəzetinin baş redaktoru Rauf Talışinskinin ölümünün ilkin səbəbi açıqlanıb.

Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən APA-ya verilən xəbərə görə, meyitin ilkin ekspertizasının nəticəsi olaraq R.Talışinskinin ürəyində kardioskleroz, ateroskleroz və beyində insult əlamətləri aşkar edilib.

Ölüm səbəbinin də bu xəstəliklər olduğu ehtimal edilir.

Yekun nəticə isə iki həftədən sonra laborator müayinələrdən sonra bəlli olacaq.

Qeyd edək ki, R.Talışınskinin meyiti bu gün səhər xadimə tərəfindən Bakıdakı evində tapılıb.

R. Talışınski evdə tək olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol