Menu

Rusiya vurulan təyyarə ilə bağlı versiyasını açıqladı

18.07.2014, 15:11
Rusiya vurulan təyyarə ilə bağlı versiyasını açıqladı

Rusiya Müdafiə Nazirliyi Malayziya sərnişin təyyarəsinin Ukraynanın Donetsk vilayətində yerə düşdüyü gün ərazidəki radiolokasiya stansiyalarının fəaliyyətini izləyib və laynerin vurula biləcəyi yaşayış məntəqələrini qeydə alıb.

“Media forum” saytının məlumatına görə, nazirlik açıqlama yayaraq bildirib ki, təyyarənin marşrutu və onun düşdüyü yer Ukraynanın uzaq və orta mənzilli 5 zenit-raket batareyasının hədəf zonasına düşür.

Məlumatda deyilir: “Rusiya radiotexnika vasitələri iyulun 17-də gün ərzində Stıl yaşayış məntəqəsində (Donetskdən 30 kilometr cənubda) yerləşən ”Buk-M1” batareyasının “Kupol” radiolokasiya stansiyasının işini qeydə alıb. “Buk-M1”nin texniki özəllikləri bir divizionun batareyaları arasında hava məqsədləri haqda informasiya mübadiləsi aparmağa imkan verir. Beləliklə, “Avdeyevka” (Donetskdən 8 kilometr şimalda) yaşayış məntəqəsində və ya Qruzko-Zoryanskda (Donetskdən 25 kilometr şərqdə) yerləşən bütün batareyalardan raket atıla bilər.

İyulun 17-də Ukraynanın döyüşlər gedən ərazisində düşən, “Malaysia Airlines” şirkətinə məxsus “Boinq-777” sərnişin təyyarəsində 298 nəfər olub. Onların hamısı ölüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol