Menu

Moqerini İranı nüvə sazişinin şərtlərinə sadiq qalmağa çağırdı

09.05.2018, 00:15
Moqerini İranı nüvə sazişinin şərtlərinə sadiq qalmağa çağırdı

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verliyi xəbərə görə, Avropa İttifaqının diplomatiya başçısı Federika Moqerini İranı nüvə proqramı üzrə Birgə hərtərəfli fəaliyyət planına (BHFP) sadiq qalmağa çağırıb. Amerika Birləşmiş Ştatları (ABŞ) sazişdən çıxdıqdan sonra...

Çərşənbə günü ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton 2015-ci ildə İranın nüvə proqramı üzrə bağlanmış sazişdən çıxır. O, bildirib ki, hətta nüvə sazişinə tam əməl etsə belə, İran aprtıq nüvə silahı yaratmağın astanasındadır.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar İrana qarşı saksiyaları «ən yüksək səviyyədə» geri qaytaracaq.

«İcazə verin, yekunda İran vətəndaşlarına və rəhbərliyinə müraciət edim. Heç kimə imkan verməyin ki, bu sazişi dağıtsın. O, diplomatiya tarixində ən böyük nailiyyətlərdən biridir və biz, onu birlikdə yaratmışıq» - deyə, Moqerini bəyan edib.

«Bu saziş bizim hər birimizə məxsusdur. Öz öhdəliklərinizə sadiq qalın, necə ki, biz sadiq qalırıq. Və yerdə qalan bütün beynəlxalq ictimaiyyətlə birikdə nüvə sazişini saxlayacağıq» - deyə, Moqerini qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol