Menu

SABİQ NAZİRİN QIZI MƏHKƏMƏDƏ UDUZDU - Qətnamə ləğv olundu

09.05.2018, 10:57
SABİQ NAZİRİN QIZI MƏHKƏMƏDƏ UDUZDU - Qətnamə ləğv olundu

Bakı Apellyasiya Məhkəməsində “Eyfel” MMC-nin Nigar Mahmudova və başqalarına qarşı iddiası əsasında məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb. "Report"un xəbərinə görə, hakim Məmməd Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, tikinti şirkətinin apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin N.Mahmudovanın xeyrinə çıxardığı qətnamə ləğv olunub. Məhkəmə “Eyfel” MMC-nin iddiasını təmin edib.

Qeyd edək ki, “Eyfel” MMC N.Mahmudova, Q.Şahqasımov və T.Əzimovanı məhkəməyə verib. Yasamal Rayon Məhkəməsinə müraciət edən tikinti şirkəti müqavilələrin etibarsız hesab edilməsi, mülkiyyət hüququnun tanınması və işgüzar nüfuzu ləkələyən məlumatların təkzib olunması barədə tələb irəli sürüb. Məhkəmə hər üç iddianı təmin etməyib. Qərardan narazı qalan “Eyfel” MMC apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Xatırladaq ki, N.Mahmudova keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun qızıdır.

Məlumata görə, “Eyfel” MMC-nin rəhbəri Yavər Qurbanovdur. O, şirkəti vaxtilə “MTN işi”nə görə axtarışda olan “Akula Akif“ ləqəbi ilə tanınan Akif Mustafayevlə birgə təsis edib. Daha sonra Y.Qurbanov dələduzluqda təqsirli bilinib və 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bir neçə il müddətinə azadlıqdan məhrum olunub. Lakin sonradan şərti cəza alaraq azadlığa buraxılıb.

Şərhlər

vuqar 2018-05-09 10:57:13

o hakimlerin hamisi mahmudov vezifede olanda tuk salirdilar men hec de mahmudovun terefdari deyilem amma uwaqlar valideyne gore mesulliyyet dawimirlar ay hakimler

Sakin 2018-05-09 10:57:13

Nazirə gorə daha bir anтi-azərbaуcanlı çevrilişi reallaşırsa, onun qizı məhkəməni udmaуacaqdı ki? Gündəmdə уenə də "Kim kiminlədir!", səmərəli nəтicə üçün heç KİMƏ cavabdeh deуil. Məsuliууəтi başqasına qoуmaq da olar. Dələduz Efelçiуə bəraəтi KİM verdi?

007 2018-05-09 10:57:13

Birinci instansiya məhkəmələrin hakimlərini çıxmaq şərtilə, istər Apellyasiya, istərsə də Ali Məhkəmədə hakimlər obyektiv qərar qəbul etmək üçün işin halları deyil, verilən pulun məbləğini nəzərdən keçirib qərar qəbul edirlər. Allah heç kimin işin məhkəmələrə, ən başlıcası da Ali Məhkəmənin hakimlərinə salmasın. Vay-vay, ağıllarına nə gəldi qərarlarına yazıb doldururlar, özləri də heç bir adamdan çəkinmirlər. Yazıq Apelyasiya və Ali Məhkəmənin hakimlərinə işi düqşən adamların halına.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol