Ermənistanın yeni baş naziri Nikol Paşinyan seçiləndən bir gün sonra-bu gün mayın 9-da Azərbaycanın işğal altındakı ərazlərinə səfər edib. O, ermənilərin Şuşanı işğal etməsi münasibətilə keçirdikləri bayram tədbirlərinə qatılacaq.
Bildirilir ki, Paşinyan bu gün Xankəndidə yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirəcək.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, artıq "Financial Times", "Associated Press", "Agence France Press" kimi media qurumları rəsmi məktubla Azərbaycan XİN-ə müraciət edərək işğal olunmuş ərazilərə səfər etmək üçün Azərbaycan hökumətinin icazəsini xahiş ediblər: "Sözügedən beynəlxalq KİV-in ölkəmizin qanunlarına, ərazi bütövlüyü və suverenliyinə, həmçinin beynəlxalq hüquqa hörmətlərini nəzərə alaraq onların nümayəndələrinin işğal olunmuş ərazilərimizə səfərinə etiraz edilməyib".

Xatırladaq ki, rəsmi Bakı ilə razılaşdırmadan işğal altındakı ərazilərə səfər edən xarici jurnalistlər bir qayda olaraq Azərbaycan XİN-in qara siyahısına daxil edilir.


Şərhlər
Kimə lazımdır görəsən bunların icazəsi?..Verməyib nə edə bilirsəm ki?Güya verməsəydi getməyəcəkdirlər ? Hünərli oğuluqsa Paşinyana icazə verməyək və axtarışa varək.Yoxsa bir fağır Lapşin tapıb tutmuşdurlar .....
Siz icazə verməsəydiniz, onlar oturub ağlayacaqdılar.