Menu

«ABŞ-n nüvə sazişindən çıxması yaxşı heç nə vəd etmir» - İsveç XİN

09.05.2018, 11:14
«ABŞ-n nüvə sazişindən çıxması yaxşı heç nə vəd etmir» - İsveç XİN

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İsveçin xarici işlər naziri Marqot Vallstryom hesab edir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) İranla nüvə sazişindən çıxmaq barədə qərarı yaxşı heç nə vəd etmir.

Xəbər verildiyi kimi, ABŞ-nın Prezidenti Donald Tramp çərşənbə axşamı bəyan edib ki, Birləşmiş Ştatlar İranla atom üzrə bağanmış sazidən çıxır.

«Bu, bölgədəki və dünyadakı vəziyyət üçün yaxşı heç nə vəd etmir» - deyə, xanım Vallstryom SVT telekanalına veriyi müsahibədə bildirib.

İsveç XİN başçısının sözlərinə görə, ABŞ-n qərarı Yaxın Şərqdə, xüsusilə də Ərəbistan yarımadasında vəziyyətin pisləhməsinə gətirib çıxara bilər. O, həm də istisna etməyib ki, ABŞ-n bu qərarı İranın da sazişdən çıxmaq riski yaradır.

İsveçli diploimat qeyd edib ki, İran yerdə qalan ölkələrlə birlikdə sazişdə qalır.

«Bizə lazımdır ki, bunu Avropa İttifaqı çərçivəsində anaziz edək və biz, İranı nüvə sazişində qalmağa çağırırıq» - deyə, diplomat dildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol