Menu

«ABŞ-n sazişdən çıxması Pxenyana aydın siqnaldır» - Trampın müşaviri

09.05.2018, 11:16
«ABŞ-n sazişdən çıxması Pxenyana aydın siqnaldır» - Trampın müşaviri

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton bəyan edib ki, Birləşmiş Ştatların İranla bağlanmış nüvə sazişindən çıxmaq barədəki qərarı Pxenyana aydın siqnaldır. Bu göstərir ki, ABŞ onunla da qeyri-adekvat saziş bağlanmasına getməyəcək.

«Biz, yalnız güc mövqeyindən danışıqlar aparmırıq. Sazişdən çıxış yalnız İrana yox, həm də Kim Çen Inla gözlənilən görüşə təsir göstərəcək. Bu, aydın siqnal göndərəcək ki, ABŞ qeyri-adekvat sazişi qəbul etməyəcək. Koreya Xalq Demokratik Respublikasına (KXDR) siqnaldır .Prezident real saziş istəyir» - deyə, Bolton jurnalistlərə bildirib.

Prezident müşaviri bildirib ki, ABŞ Prezidenti mayın 9-da Avropa ölkələri ilə İran üzrə danışıqları davam etdirəcək. Onun fikrincə, mövcud saziş İranın nüvə silahını daşımaq üçün vasitələr yaratmasına mane olmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol