“Azadlıq” radiosunun Bakı ofisinin rəhbəri Babək Bəkir işindən uzaqlaşdırılıb. Teleqraf.com-un əldə etdiyi məlumata görə, Babək Bəkiri bu vəzifədə artıq tanınmış jurnalist Zeynal Məmmədli əvəz edir.
Məsələ ilə bağlı Teleqraf.com Z.Məmmədli ilə əlaqə saxlayıb. O bildirib ki, hazırda “Azadlıq” radiosunda baş redaktor vəzifəsində işləyir.
Xatırladaq ki, radionun saytında Bakı ofisinin koordinatoru kimi, Babək Bəkirin adı göstərilir. Zeynal Məmmədlinin də məhz bu vəzifəyə təyin olduğu bildirilir.
O da bildirilir ki, Babək Bəkir faktiki olaraq səlahiyyətlərinin icrasından bir neçə ay əvvəl kənarlaşdırılıb. Azadlıq radiosunun saytında struktur haqqında məlumat verilmədiyindən, həm baş redaktor, həm də koordinator vəzifəsinin mövcud olması aylardır ofisdə çoxtirəlik olduğuna güman yarabır.
Z.Məmmədli Azadlıq radiosunun Bakı ofisinin koordinatorutəyin olunub-olunmaması ilə bağlı bir fikir bildirmək istəmədiyini deyib: “Bu məsələyə ayın axırında aydınlıq gətiriləcək. İndidən nə isə demək doğru deyil”.
* * *
Bir neçə saat öncə saytlarda “Azadlıq” radiosunun Bakı ofisinin rəhbəri Babək Bəkir işindən uzaqlaşdırılması və bu vəzifəni Zeynal Məmmədlinin icra etdiyi xəbəri yayılıb. Zeynal Məmmədli isə Modern.az saytına açıqlamasında bu xəbəri təkzib edib: “Elə bir dəyişiklik olmayıb.
Onun sözlərinə görə, Bakı ofisinin rəhbərinin dəyişilməsi ilə bağlı dəqiq xəbəri yalnız radionun Çexiyanın paytaxtı Praqada yerləşən mərkəzi ofisindən öyrənmək olar: “Mən indi heç nə deyə bilmərəm, elə bir şey olsa məlumat verəcəyəm”.


Şərhlər