Menu

İsrail Avropanı İrana qarşı sanksiyaları bərpa etməyə çağırıb

09.05.2018, 16:33

Israil-Iran-Bayraq«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, sionist İsrailin hökumətinin kəşfiyyat naziri İsrael Kats Avropa ölkələrini Amerika Birləşmiş Ştatlarınıa (ABŞ) qoşulmağa və İrana qarşı sanksiyaları bərpa etməyə çağırıb.

O, ABŞ dideri Donald Toampın İranla bağlanmış nüvə sazişindən çıxmasını «tarixi miqyaslı hadisə» adlandıraraq, alqışlayıb.

«Nüvə silahına can atan diktator rejimlərini dayandırmağın yeganə yolu onlara qarşı sərt sanksiya tətbiq etməkdən və gücdən istifadəyə hazır olmağı numayiş etdirməkdən ibarətdir» - deyə, sionist nazir bəyan edib.

«Dünya birliyi İranın nüvə ambisialarına qarşı birləşməlidir. Mən, Avropa ölkələrinin liderlərinə müraciət edirəm: Koalisiyanın zəif həlqəsi olmayın. ABŞ Prezidentinin elan etdiyi sanksiyalara qoşulun» - Kats əlavə edib.

Beləliklə, terroru dövlət səfiyyəsində həyata keçirən İsrail əlində atom bambası tutaraq, Suriyanı bombalayır, İrana diş qıcayır, arxasında ABŞ-ı görür və Avropanı da öz naqis siyasətinə qoşulmağa çağırır...

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol