Bu gün ATV telekanalının “ATV Səhər” proqramının aparıcısı birbaşa efirdə “Gün gələcək, Azərbaycan ərazilərini işğal edəcəyik” arzusunu dilə gətirib. Proqramın aparıcısı Lalə Azərtaş faşizm üzərində qələbə günü olan 9 may Qələbə gününü nəzərdə tutaraq (sifətində gülüş və müvafiq əl-qol jestləri ilə) belə deyib: “Azərbaycana hər zaman qələbə yaraşır. Gün gələcək, biz torpaqlarımızı işğal edəcəyik, və həmin 20 faizi də...ondan sonra əsl qələbə gününü bayram edəcəyik...”
Bu məqamda birbaşa efirdə səs bir neçə saniyəlik kəsilib, daha sonra aparıcı əvvəl buraxdığı kobud səhvə görə heç bir düzəliş etmədən Albert Eynşteynin şəxsi əşyalarının satışa çıxarılması barədə süjetin təqdimatına keçib. Və bu zaman gülməkdən özünü saxlaya bilməyib, proqramın digər aparıcısı Azər Axşam da gülməkdə ona qoşulub. Təəccüblü deyil, televiziyalarımızdakı aparıçıların səviyyəsi hamıya məlumdur.
Həmin dəqiqələrin videoyazısını oxuculara şərhsiz təqdim edirik.


Şərhlər
Sagol Avtora!!!!.... Heqiqeten Beyenilsin!!!
Bu nədi alə? Bu qədər də biabırçılıq olar? Belənçilər necə yol tapır yuxarı başa?? MTRŞ niyə rəsmi munasibət yayımlamır
Allah evinizi tiksin.Hansı işimiz yaxşıdır ki,televeiziyalar olsun.Sənayemiz,,təhsilimiz,səhiyyəiz,Milli Məclisimiz,nazirliklərimiz (işdən çıxanlarınaı cinayət işi açılır).Çıxmayanlarına da isdən çıxanda cinayət işi açılacaq.Biabırçılıqdır.Sən də yapışmısan televizyadan.Adam çaşıb da başqaları kimi cinayət etməyib ki?
.Bəyəm Azərbycan televiziyalarına baxan var ki.hələ nəyisə eşidən olsun..Olsa da üç-beş nəfər binəvalardır ki,nə KTV-ci nə krocnasə var.Fili qoyub qarışqa ilə dalaşırsan.
Rəzalət!!! Tüpürüm belə televiziyaya, belə "keyşa"ya!!!
Allah Zamin Hacı (onun timsalında bütün millət sevər jurnalistlər) kimi jurnalislərin canını sağ etsin. Onlar deyəndə ki, televiziyalarımız əsl telekanalizasiyalardır, MKRTÇ dayı diş qıcayır. Mənsə deyərdim ki, telekanalizasiyalarımız lap Hövsan aerasiyasından da pisdir.
BƏRƏKALLAH SƏNİN MÜƏLLİMLƏRİNƏ VƏ SƏNİ ORA BURAXANA
Danisiqini Valeh yesin azz......Ev daqitdiqi bes deyil hele televizorada cixib zevzeyir.
Bütün işlərimiz belədir,Nəzarətsiz tanış,dost?qohum, quda,aşna yığılan nazirlik,idarə,televiziya necə ola bilər ki???Bura Azərbaycan kimi batırılmış ölkədir.Təhsil,səhiyyə yox və ya zəif,idarələr bir bölgə qohum qudaları tərəfindən zəbt edilmiş,milləti zülmlə yaşayn, var-dövləti yabancıları oliqarx edən Azərbaycandır.Mədəniyyət nazirliyi var ki.incəsənətlə,musiqi ilə,klassika ilə məşğl olsunlar.0 ildə bir nəfər də olsun bir musiqişi,kompozitor,artist yetişdirə bilməyiblər ki, heçolmasa Avropada tanınsın.