«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İsrail hərbi komandanlığının rəsmi nümayəndəsi polkovnik-leytenant Yonatan Konrikus bəyan edib ki, İsrail hərbi-hava qüvvələrinin (HHQ) Suriya ərazisinə - İranın hərbi obyektlərinə gecə hücumundan sonra hərbi imkanlarını bərpa etmək üçün İrana uzun vaxt lazım gələcək.
«Bu, İranın iştirakının əhəmiyyətli komponentlərinə qarşı genişmiqyaslı əməliyyat idi - kəşfiyyat, logistik, hərbi bazalar, anbarlar, müşahidə məntəqələri və digər bir sıra komponentlər...» - deyə, mənbə bildirib.
Hərbçi bu aviazərbələri son illərdə İsrailin həyata keçirdiyi ən böyük əməliyyatlardan biri adlandırıb.
Onun sözlərinə görə, hücum edilən bütün hədəflər məhv edilir, əməliyyata cəlb olunmuş bütün təyyarələr isə uğurla bazaya qayıdıblar. İranın raket atəşi nəticəsində zərər çəkən olmayıb.
Konrikus qeyd edib ki, hələlik qarşı tərəfin itkiləri barədə məlumatsızdır, ancaq qeyd edib ki, İsrail hərbçiləri İranın obyektlərinə, hərbi texnikasına, sursatına və canlı qüvvəsinə ağır itkilər verməyə çalışıblar.
«Hər şeydən əvvəl, məqsəd ondan ibarət idi ki, İranın Suriyadakı hərbi iştirakına uzun müddətli itkilər verilsin» - deyə, o bildirib.
Bundan başqa, İspailin hərbi nazirliyinin mətbuat xidməti bombardmanın xəritəsini də yayıb. Xəritədə hücuma məruz qalmış 35 hədəf göstərilib.
“İranın Suriyadakı bütün infrastrukturunu bombaladıq və ümid edirəm ki, bu hissə başa çatıb”.
“Report” “Hürriyet”ə istinadla xəbər verir ki, bunu isə İsrailin müdafiə naziri Aviqdor Liberman bildirib.
Onun sözlərinə görə, İranın atdığı heç bir raketi İsrailin nəzarəti altında olan ərazilərə düşməyib.
Qeyd edək ki, mayın 10-da gecə saatlarında İran İnqilab Keşikçiləri Qvardiyasının xaricdəki qanadı olan “Qüds ordusu”nun İsrailin nəzarəti altında olan Suriyanın Colan təpələrini vurması barədə xəbər yayılıb.

Şərhlər
İranən çöküşü, Rusiya avtoritarizminin sonunu gətirəcək.Yeni Dünya düzəni yaranacaq.İslamda fanatizm,xurafat aradan qalxacaq.erməni-fars-rus millətçiliyi zəifləyəcək.Bu da ilk növbədə ``qonşuların`` təhlükəsizliyini təmin edəcək.