Amerikalı senator Con Makkeyn Ukrayna ərazisində vurulan Malaziya təyyarəsindən danışaraq bildirib ki, təyyarənin kimin vurmasına dair araşdırmalar davam edir.
Makkeyn bildirib ki, təyyarəni ya ruslar, ya da separatçılar vurub.
Makkeyninin sözlərinə görə, əgər təyyarəni ruslar vurubsa, Rusiya cəhənnəm əzabı yaşayacaq və ruslar buna görə cəzalandıralacaq: "İndi görürük ki, rusların və onların dəstəklədiyi insanların gerçək mahiyyəti nədir. Onlar etdikləri bu hərəkətlərlə özlərini ifşa etməyə davam edirlər".
Qeyd edək ki, ABŞ-lı senator sosial şəbəkələr vasitəsi ilə öz səhifəsindən çağırış edərək, Ukraynaya təcili hərbi yardım göstərilməsini, ABŞ və NATO qoşunlarının Rusiya ilə sərhədə yeridilməsini istəyib.


Şərhlər