Menu

"Şadlıq evlərində qurğular qurulmalıdır" - Umayra Tağıyeva

11.05.2018, 12:17
"Şadlıq evlərində qurğular qurulmalıdır" - Umayra Tağıyeva

"Atmosfer havasının mühafizəsi üçün bəzi şadlıq evləri və ictimai iaşə obyektlərində müasir standartlara cavab verən qurğu və avadanlıq qurulmalıdır".

"Report" xəbər verir ki, bunu mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji təbliğat şöbə­sinin ictimaiyyətlə ə­laqələr və təbliğat s­ektorunun müdiri Umay­ra Tağıyeva deyib.

O bildirib ki, nazirliyin vəzifəsi əhalini narahat edən bütün problemlərlə maraqlanmaqdır: "Fərq etmir problem böyük şəhərə və ya kiçik bir əraziyə aiddir".

Sektor müdiri qeyd edib ki, şadlıq evləri və ictimai iaşə obyektlərin fəaliyyəti müəyyən funksiyalar daşıyır: "Obyektlərin çoxalması bəzi sahələrdə inkişafa səbəb olsa da, digər tərəfdən də insanlara mənfi təsir edir. Bu ziddiyyətləri aradan qaldırmaq üçün nazirlik müvafiq işlər görür. Şəhərin mərkəzində olan şadlıq evləri və ictimai iaşə obyektlərində elə də problem olmur. Bu o deməkdir ki, bütün obyektlər yeni cihazlarla təmin olunmalıdır".

Şərhlər

Adil 2018-05-11 12:17:08

Siz yaxşı olar ki, son vaxtlar Bakının Xətayi, Nizami və digər rayonlarında havanın normadan dəfələrlə artıq zəhərli qazlarla çirklənməsinin səbəblərini araşdırın. Hamıya məlumdur ki, bu ARDNŞ zavodlarının təmizləmədən havaya buraxdığı qazdır. Bunun niyə qarşısı alınmır? Gücünüz (bəlkə də marağınız olduğu üçün) deyəsən şadlıq evlərinə və ictimai iaşə obyektlərinə çatır. Ancaq insanlar zəhərlənir, xərçəng və digər təhlükəli xəstəliklərə düçar olur. Bu barədə jurnalistlərin də həyəcan təbili çalmaları vacibdi

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol