Menu

Təyyarə qəzasına görə BMT açıqlama yaydı

18.07.2014, 20:18
Təyyarə qəzasına görə BMT açıqlama yaydı

BMT Təhlükəsizlik Şurası Donetskdə baş verən aviaqəzanın beynəlxalq araşdırmasını tələb edən sənəd yayıb.

ANS PRESS-in məlumatına görə, sənədin müəllifləri bildirir ki, müstəntiqlərin təyyarənin qəza yerinə daxil olmasına icazə verilməlidir.

"BMT Təhlükəsizlik Şurasının üzvləri Beynəlxalq vətəndaş aviasiyası təşkilatının təlimatlarına uyğun olaraq bu hadisənin tam, dəqiq və müstəqil beynəlxalq araşdırmasına çağırır", - Təhlükəsizlik Şurasının bəyanatında deyilir.

Malayziya aviaşirkətinə məxsus "Boinq-777" təyyarəsi dünən axşam Ukraynanın Donetsk ərazisində qəzaya uğrayıb. "Boinq-777" təyyarəsində olan 298 insanın hamısı həlak olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol