Menu

“XİN-də heç bilmirlər ki, Paşinyan orda nə deyib, nə deməyib” - “Qarabağ siyasətində bu dərəcədə bacarıqsızlıq olmaz”

11.05.2018, 20:53
“XİN-də heç bilmirlər ki, Paşinyan orda nə deyib, nə deməyib” - “Qarabağ siyasətində bu dərəcədə bacarıqsızlıq olmaz”

İlham İsmayıl ajiotaj yaradan statusundan danışdı: “Mən o statusu Tərtərdə, Qarabağın ortasında əsəb, gərginlik keçirə-keçirə yazdım”

Son bir neçə gündür cəmiyyətdə, xüsusən də sosial şəbəkələrdə əsas müzakirə mövzularından biri Ermənistanın yeni baş naziri Paşinyanın adından yayılan “tarix indiyədək Azərbaycan kimi qorxaq bir dövlət görməyib” açıqlaması idi. Başda ziyalılar, jurnalistlər və siyasətçilər olmaqla, Xarici İşlər Nazirliyi səviyyəsində belə bu məsələyə reaksiya verildi, hətta Azərbaycan dövlətinin Paşinyan qarşısında üzrxahlıqla bağlı tələb səsləndirməsi də çağırışlar sırasında oldu.

Amma daha sonradan məlum oldu ki, ümumiyyətlə, Paşinyan bu sayaq bir açıqlama verməyib. Əsası olmayan bu məlumat təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayılın sarkazmla yazdığı bir status nəticəsində yayılıb. İ.İsmayıl sözügedən statusda yazıb: “Paşinyan gəldi Qarabağa, dedi ki, buranın ağası bizik. Paşinyan beynəlxalq jurnalistlərin qarşısında bəyan etdi ki, tarix indiyədək Azərbaycan kimi qorxaq bir dövlət görməyib.Qorxaq bir dövlətin qarşısından niyə çəkinməliyik? Ermənilər belə bir qorxaq dövlətlə 25 ildir qonşu olmaqdan xoşbəxtdir və qonşumuza ən azı 100 il belə olmağı arzulayırıq" - Paşinyan belə deyib.

Paşinyanın sözlərindən əsəbiləşən qəhrəman XİN-imiz tez BMT-nin özünün də unutduğu neçə nömrəli, hansısa arayışlarından danışanda, Paşinyan vertolyotu ilə Yerevana qayıdırmış və vertolyotdan yerə bulaşıq kağızlar səpələnib. Kağızlar bizim Müdafiə Nazirliyinin postlarına düşüb. Müdafiə Nazirliyinin bir xeyli müşayiətilə vertolyot Qarabağ səmasında dövrə vurub, sonuncu arayış-kağızı da tullayıb gedib. Bu arayış BMT-nin yox, Rusiya Federasiyasının məxfi məlumatı olub. Məlumatda deyilir: "Ermənilər Qarabağı istəyirdilər, azərbaycanlılar hakimiyyəti. Rusiya hər iki tərəfin istəyini həyata keçirib".

Nəyimizə lazımdır e Qarabağ, gedək bulvara, deyir, orda konsert verirlər”.

İ.İsmayıl musavat.com-a açıqlamasında bildirib ki, bir neçə gündür Qarabağdadır: “Paşinyan Qarabağa gələndə o qədər əsəb keçirdim ki... Ondan iki gün əvvəl, mayın 7-də məqalə yazmışdım ki, “Paşinyan Qarabağa gələcək, onun rahat gəlib-getməsinə hər hansı formada mane olun”. Cəbhədə bir gərginlik yaransın. Bunların heç biri olmadı. Heç diplomatik sferada da gərginlik yaradılmadı. Mən Tərtər bölgəsində gərginlik keçirdim ki, necə olur ki, burda heç tapança səsi də eşidilmir, cəbhənin ən yaxın yerində. Paşinyan Sərkisyandan da qəzəbli, ondan da sərt qərarlar verir. Bizimkilər isə ona hər hansı cavab vermir. Əksinə, Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev BMT qətnamələrinə istinad edən bir açıqlama verib. Buna çox əsəbləşdim, istehzayla, sarkazmla dolu həmin statusu yazdım".

İ.İsmayılın sözlərinə görə, Paşinyanın sözlərini qəsdən “dırnaq işarəsi içində” yazmaqla inandırıcılığı artırmaq istəyib. Müsahibimiz bunun belə reaksiya doğuracağını 50 faiz təxmin etdiyini dedi: “Amma XİN səviyyəsində bu cür reaksiyanın verilməsini gözləmirdim. Bu, onu göstərdi ki, biz diplomatik nöqteyi-nəzərdən nə gündəyik. Bilmirlər ki, Paşinyan orda nə deyib, nə deməyib. Qarabağ siyasətində bu dərəcədə bacarıqsızlıq olmaz. Mən bunu sarkazmla yazdım. Bu, zarafat deyildi. Mən o statusu Tərtərdə, Qarabağın ortasında əsəb, gərginlik keçirə-keçirə yazdım. Dostlarımdan başqa heç kim mənə yazmadı, təpki də göstərmədi. Açıq olan bir şey idi. Jurnalistlər də, Xarici İşlər Nazirliyi də bu məsələyə qeyri-peşəkar yanaşırsa, vay peşəkarların halına. Görün biz hansı səviyyədəyik ki, bir nömrəli problemimizə belə səthi yanaşırıq”.

Şərhlər

EWDER 2018-05-11 20:53:49

ESAS INKIWAFDU COCUQ MERCANLI BIZDEDI. KEYF ELEYIN

Polad 2018-05-11 20:53:49

Xarici İşlər Nazirliyi rüşvətxorluq, xaos və .... heç nəyə yaramayan bir qurumdur. Bu qurum daxilində heç idarələr arasında dəqiq səlahiyyət bölgüsü belə rəsmi formada yoxdur. Kadrlar yalnız pul və tapşırıqla işə götürülür, səfirlər da daxil olmaqla. Bir az iş bacaran kadrları isə ele həddəə çatdırırlar ki, onlar özləri ərizələrini yazıb "gedirlr" və ya şərlənərək müxtəlif bəhanələrlə bu sistemdən uzaqlaşdırılırlar. Burada həm də çoxlu sayda erməni mənşəli əməkdaşlar da işləyir...

R-n-ə yazana 2018-05-11 20:53:49

A kişi camaata boş-boş tarix dərsi keçmə.Tutaqki ki R.Qazıyev 1993-cü ildə nəsə edib.Bəs bu 25 ildə bu qədər neft gəlirləri və erməni qoşunlarından bir neçə dəfə güclü ordumuzla biz DQ-dan başqa 7 rayondan hansınısa azad etmişikmi.İndi isə 2018-ci ili yarı eləmişik, xalqın istəyi ilə hakimiyyətə gəlmiş Paşinyan Xankəndindən bizi hədələyir.Biz isə həmişəki kimi ermənilərə BMT TŞ-nın 1993-cü ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməsi ilə cavab veririk.Amma onlar bu qətnamələrdən yaman "qorxurlara". İTV demişkən dünya birliyi bu haqsızlığa hələ də dözür.Ay hay.....

R-n 2018-05-11 20:53:49

gacmasi bu planin terkib hissesi idi. Elcibey hakimiyyeti her sheyi dozulmez hala salib H.Aliyeve yol acmali idi.91-ler de pusguda durmushdular.

R-n 2018-05-11 20:53:49

Dunyanin en zeif olkesi ile,bele mugayise oluna bilmeyen statistikasi var ve ona "kosmik inkishaf" deyib bashimizi xarab edirler.Janik kimi vetensizlere ise olkeni talamaga mecbur edirler.Bunlarin emellerini hec bir mehkeme arashdira bilmez.Bunlar 87-ci ilden hakimiyyete gelmeye hazirlashirdi.Elcibey ve onun gulbeceleri bunlarin avangardlari idi,kecid dovrunu temin edirdi.Garabag 88-ci ilde satilib ve bu hakimiyyet mesuliyyet dashiyir.Elcibeyin gacmasi da

R-n -ə 2018-05-11 20:53:49

Bir az keçənləri xatırlasanız Paşinyanın söylədiklərinin həqiqətə uyğun olduğu görünər.Xatırlayırsınızsa 1993-cü ildə Rəhim Qazıyevin müdafiə naziri olmasının son ərəfəsində nə qədər texnika döyüş bölgələrindən çıxarılmışdı və əhalini oradan çıxarmaq üçün Bakıdan və digər rayonlardan yük maşınları göndərilmişdi.Faktiki olaraq Qarabağı boşaldıb təhvil verdik.
orduda silah-sürsat,texnika çatmırdı və bəziyerlər tam boşalmışdı.Ona görə erməni ordusu maneəsiz torpaqlarımıza girdi
Elçibəyi qaçırdılar və...

Qarabağlı 2018-05-11 20:53:49

Su əvvəldən bulandırılıb və indiyə qədər boş sözlərlə milləti yatızdırıblar.Ancaq su 25 il bundan əvvəl duruldulmalı idi.Kimdir cavabdeh? Bəzən də deyirlər ki, lazım gəlsə... Bu Lazım köpək oğlu niyə 30 ildir gəlmir? Bu haqlı sual deyilmi? Belə davranış "torbada pişik var" demirmi?

Əli 2018-05-11 20:53:49

DÜŞMƏN ÖLKƏNİN RƏHBƏR DEYİB Kİ AZƏRBAYCAN HÖKUMƏTİ QORXAQDIRLAR. ONLAR BİZƏ HEÇ NƏ EDƏ BİLMƏZLƏR.

QARABAĞII 2018-05-11 20:53:49

Nə BMT,nə ATƏT,nə Avropa şurası bizə Qarabağ mövzusunda yardım etməyəcək.Heç bir beynəlxalq qanun Azərbaycanın öz torpaqlarını azad etməyi qadağan etmir və edə bilməz.Ona görə vaxt itgisi Azərbaycanın əksinə ermənilərə işləyir.Bu da ki,onların əl-qəlunu açıb.Məskunlaşma,tikinti işləri aparırlar və de fakto Qarabağ 30 ildir onların əlindədir.Ən acınacaqlısı isə odur ki, Qarabağ ətrafı işğal olunmuş digər rayonları belə azad etmək üçün biz əməli iş görmürük.Bu isə bizə şərəf gətirmir.

R-n 2018-05-11 20:53:49

Ele en duzgun netice budur-"ermeniler Garabagi,azerbaycanlilar ise hakimiyyeti isteyirdiler,her iki terefin isteyi alinib".Belece de olacag,bosh yere Garabag deyib,milleti zombileshdirirler.

milli dalga 2018-05-11 20:53:49

Horməтli İlham bəу, problem тələb edir ki, əhali Qarabag haqda, xüsusən daşnaq danışıq sтenoqramını eşiтsin. Hakimiууəт və məbuaт isə dəqiq xəbəri şou-şüarla, separaтizmə sədaqəтlə əvəzləуir. 1995-ci il, BMТ ТŞ qərarından bu günə qədər, işgalçının ərazimizi тərk eтməsi üçün və onun silahlandırılmasına qarşı eтiraz bəуanaтları eşiтmisinizmi? Avropa İnsan Hüquqları Məhkəməsində icmalar və dovləт belə iddialar qaldırmırlar? Bakıdan fərqli dünуa, arтıq işgal liderini kənar edib!

Təmiz Azərbaycanlı 2018-05-11 20:53:49

Hardansa alıb başqa yerdə satmaq vəssalam.Çünki başqa nə bir iş qalıbki ölkəyə xeyr gətirə nədə daxili güc.Camaat zülümnən çörək pulunu alverlə çıxarır.Həqiqəti yazan jurnalıstləri isə işdən çıxarıllar.Əslində jurnastlər hər bir ölkədə xalqa ən yaxın insanlardır.Onlar canlarını riskə atıb həqiqətləri yazıllar!Ölkənin pulları müəyyən lojalara getməklə sabitliyi qoruyullar.Bir gün pullar bitəndə nə olacaq?Yoxsa kimsə fikirləşir bizimkilər qoruyur sabitliyi?Dünyada elə güvvələr var ki,1-günə ölkəni qarışdırar!

Təmiz Azərbaycanlı 2018-05-11 20:53:49

olmayıb.Azərbaycanla baglı adlar çəkməyəcəm çünki Azpolitika saytının bütün əməkdaşlarına hörmətim oldugu üçün heç vaxt istəmərəmki bu sayt baglana!Vəziyyət 90-illərdəndə betardı.Gec tez ABŞ Russiya hökümətinin iç üzünü dünyaya göstərəcək.Az qalıb.Gələcək Asiya ölkələrinindi.Koreya,Yaponiya və başqaları xarici bazarlarını konkret rəqəmlər üzərində qurublar da qohumluq əlaqələrində yox.Ölkə əhalısının 65-70 faizı XİN-nin strukturunun heç olmasa 50% dəyişəcəyinə inanırdı.Burdan belə hamılıqla alverçi olacayıq

Hakimiyyete SUAL 2018-05-11 20:53:49

Azerbaycan XIN rehberi Elmar Memmedyarov CHOX PASSIV "diplomat" olduqunu DAIMA SUBUT EDIB...
NE VAXT, bu PASSIV "diplomat" ISTEFAYA GONDERILECEK ?????????
Olke bashchisi TEZLIKLE, EFFEKTIV TEDBIRLER ile, Daqliq Qarabaq ve
etraf 7 rayonlari ermeni-rus ishqalindan AZAD ETMEK EMRINI ORDUMUZA VERECEKMI, yoxsa, daha 30 il XALQ GOZLEYECEK....????????

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol