Menu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində maliyyə pozuntularına yol verilib

12.05.2018, 13:05
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində maliyyə pozuntularına yol verilib

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində maliyyə nöqsanları aşkarlanıb.

APA-nın məlumatına görə, bu barədə Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti üzrə hesabatda bildirilir.

Ötən il aparılan yoxlamaların nəticələrinə əsasən Dövlət Komitəsində əməkhaqqının ödənilməsi üzrə 9 733, nəqliyyat xərcləri üzrə 3 043,5, tədbirlərin keçirilməsi üzrə 10141, digər xərclər üzrə 19330 və vergi, rüsum və s. ödəmələr üzrə 154 olmaqla, ümumilikdə 42 401,5 manat maliyyə yayınması faktı aşkarlanıb. Yoxlamaların nəticəsində görülən tədbirlərdən sonra vəsait dövlət büdcəsinə qaytarılıb.

Şərhlər

Cavanşir 2018-05-12 13:05:30

Daha hara qaldı ki,vəsait yeyiməsin.Bəs bu işə nəzarət etməli qurumlar nə ilə məşğuldurlar? Yəqin onlar da bir yem yeri tapıb.sakit oturublar, heç kimin işinə qarışmırlar.Əcəb məmləkət idarə edirik.Hara baxsan yeyinti.cinayət.Yazıq Azərbaycan.yazıq azərbaycanlılar ! Görün haradan hara gəldik.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol