Tanınmış iş adamı, “Xalqlar Dostluğu” Ticarət Yarmarkasının və digər biznes şəbəkələrinin sahibi İman Quliyev Ukraynada öz doğum gününü qeyd edib. Bu barədə "AzPolitika.info"ya iş adamına yaxın mənbələrdən məlumat daxil olub.

Kiyevin məşhur restoranlarından birində baş tutan ad günü təntənəli şəkildə keçirilib. Məlumata görə, Naxçıvandan olan biznesmenin ad günündə Azərbaycandan və Ukraynadan çoxlu sayda tanınmış iş adamları iştirak edib.

Gecədə qonaqların qarşısında Azərbaycandan olan müğənnilər Yeganə və Elnarə Mürsəlova, eləcə də Ukraynanın məşhur aparıcısı və müğənnisi Gennadi Ponomaryov çıxış edib. Gecənin sonunda isə iş adamının şərəfinə atəşfəşanlıq olub.

Qeyd edək ki, Azərbaycanda həm ticarət, həm də tikinti sektorunda fəaliyyət göstərən iş adamı İman Quliyev təxminən 5 il əvvəl Ukraynada yeni biznes fəaliyyətinə başlayıb. Ukraynada tikinti sektorunda iri layihələr həyata keçirən İman Quliyev qısa müddətdə böyük uğurlar əldə edə bilib.

Hazırda onun Ukraynadakı biznesinin Azərbaycandakı biznesindən daha böyük olduğu bildirilir. Bununla belə iş adamının şirkətləri Azərbaycanda da fəaliyyətini davam etdirir.

Elman

AzPolitika.info