Menu

İranda parlamentə hücum edən 8 terrorçu barəsində ölüm hökmü çıxarıldı

13.05.2018, 16:10
İranda parlamentə hücum edən 8 terrorçu barəsində ölüm hökmü çıxarıldı

İranda 2017-ci ilin iyununda parlamentə hücum edən səkkiz terrorçuya ölüm hökmü verilib.

Virtualaz.org-un Press TV-yə istinadla məlumatına əsasən, onlar İŞİD üzvləri olub.

Xatırladaq ki, 2017-ci il iyunun 7-də naməlum şəxslər İran parlamentində atışma törədiblər. Həmçinin Tehranda Xomeyni məqbərəsinə də hücumlar olub.

İki terror aktı zamanı 12 nəfər həlak olub, 39 nəfər yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol